Slimfit
  1. MEDİA

Yeni “Çincə-Azərbaycanca lüğət” MEK-ə təqdim olunub

Yeni “Çincə-Azərbaycanca lüğət” MEK-ə təqdim olunub
Sakura

Yeni “Çincə-Azərbaycanca lüğət” MEK-ə təqdim olunub

Azərbaycan Milli Elmlər Akademiyasınən Mərkəzi Elmi Kitabxanasına professor  Rəşad Kərimovun tərtib etdiyi “Çincə-Azərbaycanca lüğət”təqdim olunub.

Kitabın ön sözündə bildirilir ki, Çincə-Azərbaycanca lüğətə ehtiyyac uzun müddətdir ki müşahidə olunur. Belə ki, Çində təhsil alan azərbaycanlı tələbələr bu problemlə müntəzəm olaraq qarşılaşırlar. Bunu nəzərə alaraq, Çində bakalavr və magistr təhsili alan professor Rəşad Kərimov 2002-ci ildən başlayaraq Çincə-Azərbaycanca lüğət üzərində çalışıb. Lüğəti hazırlayan zaman bu istiqamətdə tərtib edilmiş bir neçə lüğətdən istifadə edib. Xüsusilə də “Müasir Çin dili lüğəti”nin təcrübəsindən faydalanıb. Lüğətin ərsəyə gəlməsində Hu Zhongven, “Kommersiya” nəşriyyatının rəhbəri Yu Libin, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi, kitabın redaktoru və korrektoru Aqşın Məmmədov və Zhang Şaomingin töhvəsi xüsusi qeyd olunur.

Lügət Mərkəzi Elmi Kitabxananın oxucularının istifadəsinə verilib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR