Yeni biometrik skaner insanı ürəyinə görə identifikasiya edir
ABŞ-ın Buffalo Universitetinin tədqiqatçıları müxtəlif qurğulara girişi təmin etmək üçün ürəyin ölçülərini təhlil edən yeni biometrik alət hazırlayıblar.
AZƏRTAC “naked-science.ru” saytına istinadla xəbər verir ki, insan bədəni fərdiləşdirilmiş giriş kodu kimi istifadə edilən unikal biometrik markerlərlə zəngindir.
Sistemin yaradıcıları bildiriblər ki, eyni ürəyə malik iki insan olmur. Bundan başqa, insan ciddi ürək çatışmazlığından əziyyət çəkmirsə, bu orqan öz formasını dəyişmir. Sistem insanın unikal ürək ritminin yazılmasına səkkiz saniyə sərf edir. Sonra bədənlə heç bir əlaqə olmadan fasiləsiz autentifikasiyanı təmin etməklə insanın yaxınlıqda olmasına nəzarət edə bilir. Yetmiş səkkiz könüllü ilə aparılan eksperimental tədqiqat zamanı ürəyin skan edilməsi sistemi 98,61 faiz dəqiqliyə nail olub. Sistemin cari versiyası insanı 30 metrədək məsafədən müəyyənləşdirməyə imkan verir. Növbəti mərhələdə qurğunun ölçüsünün kiçildilməsi, işin diapazonu və dəqiqliyinin artırılması planlaşdırılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət