Slimfit
  1. İQTİSADİYYAT

Yeni binalarda mənzillər ucuzlaşıb, köhnələrdə isə bahalaşıb

Yeni binalarda mənzillər ucuzlaşıb, köhnələrdə isə bahalaşıb
Sakura

Yeni binalarda mənzillər ucuzlaşıb, köhnələrdə isə bahalaşıb

Bu ilin iyul və avqust aylarında Bakıda mənzillərin ucuzlaşması qeydə alınıb.

Bunu Oxu.Az-a daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, mənzil bazarındakı ucuzlaşma mövsümi xarakter daşıyır:

"Demək olar ki, hər il iyul və avqust aylarında mənzillərin ucuzlaşmasının şahidi oluruq. Adətən, insanlar bu aylarda istirahətə getdiyi üçün mənzil bazarında da boşluq yaranır. Yəni bu ucuzlaşma müvəqqətidir.

Sentyabrın ikinci həftəsindən sonra mənzil bazarında yenidən qiymət artım müşahidə ediləcək. Bu artımın 2 və ya 4 faiz civarında olması qaçılmazdır. Ümumiyyətlə, daha çox artım oktyabr və noyabr aylarında müşahidə edilir".

Ekspert ucuzlaşmanın daha çox yeni tikilən binalardakı mənzillərə aid olduğunu əlavə edib:

"Hazırda daha çox yeni tikilən binalarda bir kvadratmetri 2500 manatdan yuxarı qiymətə satılan mənzillərdə ucuzlaşma hökm sürür. Kv.m-i 2000 və ya 2500 manat arasında satılan mənzillərdə isə elə bir dəyişiklik yoxdur. Köhnə binalardakı mənzillərin qiymətində isə əksinə, artım var".

N.İbrahimov qeyd edib ki, ümumiyyətlə, bu il mənzil bazarında 4,7 faiz qiymət artımı olub:

"Yəqin ki ilin sonuna kimi bu rəqəm 5 və ya 6 faiz olacaq. Eyni zamanda, bu il həyət evlərinin və torpaq sahələrinin satışında 4 faizdən yuxarı artım müşahidə edilib".

O əlavə edib ki, bu illə müqayisədə gələn il daşınmaz əmlak bazarında qiymətlər beynəlxalq maliyyə bazarlarındakı proseslərdən asılı olacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR