Slimfit
  1. CƏMİYYƏT

Yeni binalarda - Mənzillər bahalaşıb

Yeni binalarda - Mənzillər bahalaşıb
Sakura

Yeni binalarda - Mənzillər bahalaşıb

Oktyabr ayında yeni tikililərdə mənzillərin qiyməti artıb.

FED.az xəbər verir ki, bunu “Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib.

“Yeni tikililərin bir çoxunda qeydiyyatla bağlı sənədləşmə işləri həyata keçirilir. Azərbaycan bazarı üçün xarakterik olan bir xüsusiyyət var ki, qeydiyyat prosesi başa çatdıqdan sonra bazarda mənzillərin qiyməti əvvəlki dəyərindən 10-15% fərqlənir. Eyni zamanda, ötən ildən başlayaraq tikinti prosesinə nəzarəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin həyata keçirməsi ilə bu sahədə yeni qaydalar tətbiq edilib. Həmin qaydalar çərçivəsində tikinti şirkətlərinin xərcləri bir qədər artıb. Bütün bunlar yeni tikililərdə qiymət artımına gətirib çıxaran amillərdir. Köhnə mənzillərdə isə hər hansı bir qiymət dəyişməsi müşahidə olunmayıb”, - o deyib.

Ramil Osmanlı qeyd edib ki, eyni zamanda, potensial alıcı kütləsinin bir hissəsi İpoteka Kredit və Zəmanət Fondunun həyata keçirəcəyi kirayə mənzil layihəsi ilə bağlı bir müddət gözləmə mövqeyi tutub ki, bu da bazarda tələbi aşağı salıb.

Ekspert Mərkəzinin direktoru  əlavə edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə ilkin mənzil bazarında qiymətlər təqribən 14%, təkrar mənzil bazarında isə 7,7% artıb:  

“İlin sonuna qədər mənzil bazarında satış qiymətlərinin 2-3% artımı gözlənilir. Kəskin qiymət artımı üçün isə heç bir səbəb görmürəm”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR