Slimfit
  1. MARAQLI

Yeni araşdırmaya görə, “çox çirkin” insanlar daha çox qazanırlar

Yeni araşdırmaya görə, “çox çirkin” insanlar daha çox qazanırlar
Sakura

Yeni araşdırmaya görə, “çox çirkin” insanlar daha çox qazanırlar

  • Yaraşıqlı insanların daha asan həyatları var – onlar daha xoşbəxt, daha sağlam və daha çox dostları var.
  • Ümumi qəbul edilmiş bir inanca görə, yaraşıqlı insanlar daha çox qazanırlar.
  • Lakin, yeni araşdırma bu nəzəriyyəni “alt-üst” etdi.
  • Araşdırmaçılar “çox çirkin” insanların daha çox qazandıqlarını aşkar ediblər.

Sirr deyil ki, yaraşıqlı insanlar üçün həyat asan ola bilər. Araşdırmalar göstərib ki, xoş görünüşlü olmağın sağlamlığınız üçün faydaları var və dost qazanmaqla bağlı köməklik edir.

Fiziki cəhətdən cəlbedici olmağınız insanlarda sizin daha çox qazandığınız fikrini yarada bilər. Qısacası, yaraşıqlı insanlar daha inamlıdırlar və daha çox sosial bacarıqları var. Nəticədə, yaraşıqlı insanlar işə götürənlərdə daha bacarıqlı insan təsiri bağışlayır və bu da daha yüksək əmək haqqı deməkdir.

Lakin, “Biznes və Psixologiya Jurnalı”nda dərc edilən son araşdırma insanlar tərəfindən qəbul edilən yuxarıdakı fikirləri “alt-üst” etdi.

London İqtisadiyyat və Siyasi Elmlər Məktəbindən Satoshi Kanazawa və Bostonda yerləşən Massaçusets Universitetindən Mary Still 20 000 gənc Amerikalı ilə bağlı məlumatları analiz ediblər. Onlardan müsahibələr alınmışdır. Onlar birinci dəfə 16 yaşlarında və daha sonra 29 yaşa qədər 3 dəfə fiziki cəlbedicilik meyarı üzrə analiz edilmişlər.

Araşdırma nəticəsində “çox çirkin” olan iştirakçıların hər zaman “çirkin”lərdən daha çox qazandıqları aşkar edilmişdir. Həmçinin, “çox çirkin” insanların orta görünüşlü və yaraşıqlı insanlardan da daha çox qazandıqları məlum olmuşdur.

 

Mənbə: Moneta.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR