Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Yeməyi yavaş-yavaş yemək sağlamlığın ən asan yoludur

Yeməyi yavaş-yavaş yemək sağlamlığın ən asan yoludur
Sakura

Tələm-tələsik yemək artıq çəki və xəstəliklərə səbəb olur

"Trump-ın sirlərini faş edən ingilis casusu" haqqında kitab çıxıb

"The Guardian" yazır ki, Trump-ın seçki kampaniyası və Kreml arasında mümkün sövdələşmə barədə iddialardan ibarət partladıcı dosyenin müəllifi, keçmiş Britaniya casusu Christopher Steele inanır ki, onun əldə etdiyi məlumatların 70-90 faizi həqiqətdir.

Bu barədə Rusiyanın ABŞ seçkisinə iddia edilən müdaxiləsinə həsr edilmiş yeni kitabda yazılıb.

"Sövdələşmə və ya Rusiya Donald Trump-ın qələbəsinə necə kömək etdi" (Collusion: How Russia Helped Donald Trump Win) adlı kitabı "The Guardian" qəzetinin müxbiri Luke Harding yazıb. O, Steele-in dostlarına dediklərindən iqtibas gətirir.

Steele dosyeyə daxil etdiyi məlumatlara ona görə dərindən inanır ki, onları casus fəaliyyətinin 30 ili ərzində "yetişdiridiyi" mənbələrdən alıb.

Hazırda ABŞ-da Trump-ın kampaniyası ilə Kreml arasında mümkün sövdələşməni araşdıranlar keçmiş Britaniya casusunun dosyesinə əsaslanırlar.

"Mən 30 il həmin ölkə üzrə (Rusiya) işləmişəm. Nə üçün nəyisə uydurmalıydım?" - deyib Steele dostlarına.

Harding-in yazdığına görə bu dosyeyə Washington-da Steele-in Rusiyaya dair məxfi hesabatlarının dəqiqlik reputasiyasına görə ciddi yanaşıblar.

Steele 2014 və 2016-cı illər arasında Rusiya və Ukraynaya dair yüzlərlə kəşfiyyat hesabatı yazıb. Bu araşdırmaları keçmiş kəşfiyyatçıya fərdi müştərilər sifariş etsələr də, onlara dövlət orqanları da ciddi maraq göstərirdilər.

Məsələn məlumdur ki, bu hesabatlar keçmiş dövlət katibi John Kerry və onun müavini Victoria Nulandı-ın masasının üstündə olub.

Harding yazır ki, məhz bu məlumatlar ABŞ-ın Krımın Rusiya tərəfindən ilhaqına reaksiyasını formalaşdırıb.

Maraqlıdır ki, həmin kəşfiyyat hesabatlarının əsaslandığı mənbələr əslində Trump dosyesi üçün məlumatları vermiş mənbələrlə eynidir.

Steele-in hazırladığı hesabatda Trump-ın 2013-cü ildə Moskvaya səfəri zamanı çəkilmiş və ona qarşı şəxsi kompromat kimi istifadə edilə biləcək seks videoları barədə iddialar da var.

Digər tərəfdən bu hesabatda Trump-ın yaxın çevrəsinin Rusiya kəşfiyyatı ilə sövdələşməyə girdiyini iddia edən məlumatlar da yer alıb.

Bundan bir neçə il əvvəl Steele FIFA-da korrupsiyaya dair məlumatları əldə etmişdi. O bu informasiyanı Romada bir rütbəli FTB agenti ilə birlikdə toplamışdı.

Bu kəşfiyyat hesabatı sonradan ABŞ prokurorlarının FIFA rəsmilərinə qarşı iddialarının formalaşmasında əsas rolu oynamış və 7 futbol rəsmisinin həbsi ilə nəticələnmişdi.

Harding yazır ki, məhz bu epizod Steele-in FTB və ABŞ kəşfiyyatı icmasında nüfuzunun artmasında əsas mühüm rol oynayıb.

"O, yaxşı əlaqələri olan, Rusiya casusluğunu və onun bütün fitnə-fəsadlarını yaxşı bilən britaniyalı idi. Steele mötəbər agent sayılırdı" - yazır Harding.

Kitabda deyilir ki, Steele MI6-nın agenti kimi Moskvaya 1990-cı ildə göndərilmişdi. O Moskvadakı Britaniya səfirliyinin maliyyə şöbəsində çalışsa da, bu, əslində pərdə idi.

Moskvada olarkən gənc casus 1991-ci ildə Boris Yeltsinin tankın üstünə çıxaraq nitq söyləməsini seyr etmişdi.

Steele 1993-cü ildə Moskvanı tərk etmiş və Parisə göndərilmişdi. Onun adı 1999-cu ildə sızdırılmış casus siyahısında olduğundan Steele bir daha Moskvaya qayıda bilməmişdi.

Buna baxmayaraq 2006-cı ildə keçmiş Rusiya casusu Aleksandr Litvinenkonun ölümünün arışdırılmasını ona tapşırmışdılar.

Steele Trump kampaniyasının Rusiya rəsmiləri ilə əlaqələrinə dair özəl kəşfiyyat firması olan Fusion-a 16 hesabat göndərmişdi. Lakin 2016-cı ilin iyulunda Trump-ın Rusiya ilə mümkün bağlarına dair xəbərlər yayılmağa başlayanda, onun mənbələri də susmağa başlamışdılar.

Harding yazır ki, Steele öz dostlarına Trump-ın Rusiya ilə əlaqələrinin miqyasından şoka düşdüyünü demişdi.

 

Tələm-tələsik yemək artıq çəki və xəstəliklərə səbəb olur

"The Independent" yazır ki, yeməyi tələsmədən yavaş-yavaş yeyənlər piylənməyə daha az məruz qalır və metabolik sindroma tutulma riski ilə daha az üzləşirlər.

Yeni elmi-tədqiqatın nəticələrinə görə yeməyi tələm-tələsik yemək qandakı şəkərin miqdarında dəyişkənlik yaradır ki, bu da orqanizmdə insulinə müqavimətin yaranmasına səbəb ola bilər.

Metabolik sindrom - insanın ürək xəstəlikləri, diabet və beynə qan sızması kimi risklərini artıran pozuntuların məcmusu kimi başa düşülür.

Bu hal qarın piylənməsi, qanda şəkərin yüksəkliyi, yüksək qan təzyiqi, triqliseridlərin yüksəkliyi kimi pozuntularla müşayiət olunur.

2017-ci ildə Amerika Ürək Assosiasiyasının Elmi Sessiyasına təqdim olunmuş hesabatda deyilir ki, yeməyi tələsmədən, yavaş-yavaş yemək sağlamlıq və gümrahlığın aşarıdır.

Yaponiyadakı Hiroşima Universitetinin tədqiqatçılar qrupu orta yaşları 51,2 olan 642 kişi və 441 qadını müayinə ediblər. Onlardan heç birinin 2008-ci ildə metabolik sindromu yox idi.

İştirakçıları qidalanmalarının sürətinə görə yavaş, normal, sürətlə yeyənlərdən ibarət üç qrupa bölmüşdülər.

Bundan beş il sonra iştirakçılar təkrar müayinə olunmuşdular.

Alimlər aşkar etmişdilər ki, yeməyi tələsik yeyənlər metabolik sindromla üzləşmək şansı (11, 6 faiz) ən çox olanlardır.

Normal sürətlə yeyənlərdə isə bu göstərici 6, 5 faiz idi. Lakin metabolik sindrom riski ən az olanlar yeməyi yavaş yeyənlər idi (2, 3 faiz).

Elmi araşdırmalar bunu da göstərib ki, yeməyi sürətlə yeyənlərdə artıq çəki, bel-qarın nahiyəsinin piylənməsi və qandakı şəkərin normadan artıqlığı kimi hallar daha tez-tez müşahidə olunur.

Məqalədə deyilir ki, yeməyi yavaş yemək və ağızdakı qidanı şüurlu şəkildə yavaş-yavaş çeynəmək beyinə toxluq siqnalının daha tez çatmasına səbəb olur. Bu zaman yeməyi erkən başa vurmaq kimi vərdiş yaranır.

Hiroşima Universitetinin professoru, tibb elmləri doktoru Takayuki Yamaji deyir ki, insan yeməyi yavaş-yavaş yeməklə özünün bütün həyat tərzini yaxşıya doğru dəyişə, ən mühümü isə metabolik sindromun qarşısını ala bilər.

"Adamlar sürətlə yeyəndə nə zaman doyduqlarını bilmirlər və buna görə də qədərindən artıq yeyirlər. Tələskən yemək qandakı qlükozanın dəyişkənliyini artırır və insulinə müqavimət kimi zərrərli bir hal yaradır" - deyib alim.

 

Mənbə: BBC Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR