Dərc edildi: Baxış sayı: 492
Yəməndə üç min illik mumiyalar tapıldı
Yəmən paytaxtı Sananın ətrafında təxminən üç min yaşı olan qədim qəsəbə və mumiyalar aşkar edilib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda husi hökumətinin mədəniyyət naziri Abdulla əl-Kabsi bildirib.
O vurğulayıb ki, tapılmış qədim qəsəbə tunc dövrünün sonunda daşlardan tikilmiş evlərdən ibarətdir. Mumiyalara gəlincə, əl-Kabsi qeyd edib ki, onlar qəsəbənin ətrafında tapılıb.
Qeyd edək ki, Yəmən paytaxtı hazırda “Ənsar-Alla” husi qruplaşmasının nəzarəti altındadır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət