Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Yeməkdən zəhərlənmənin qarşısını almanın ən sadə üsulları

Yeməkdən zəhərlənmənin qarşısını almanın ən sadə üsulları
Sakura

Yeməkdən zəhərlənmənin qarşısını almanın ən sadə üsulları

Qida zəhərlənməsi bir çox hallarda insan həyatı üçün təhlükəli ola bilir. Halbuki, sadə üsullarla qida zəhərlənməsinin qarşısını almaq mümkündür.

Xüsusilə yay fəslində isti və rütubətin atmasına görə otaq temperaturunda saxlanan qidalarda bakteriyaların yaranması sürətlənir və bu hal qida zəhərlənmələrinin artmasına yol açır.

Qida zəhərlənməsinə bir nömrəli səbəb qidaların lazımi temperaturda saxlanılmamasıdır. Qidaların gigiyenik olmayan şəraitdə hazırlanmaları, az bişirilmələri və istehlak müddətinin keçməsi də digər önəmli səbəblərdir.

Yenicag.az qidalanma və pəhriz üzrə mütəxəssis Özge Öçalın qıda zəhərlənməsinin qarşısını almaq üçün məsləhətlərini təqdim edir:

1. Məhsulun istehlak tarixini mütləq yoxlayın, vaxtı keçən ərzaqlardan istifadə etməyin. Məhsulun paketi deformasiyaya uğramamalı, açılmamalı və partlamamış olmalıdır.

2. Ətin buzunu otaq tepmeraturunda açmayın. Bu halda ətdə bakteriyalar sürətlə yaranır və bişirilmə vaxtınadək bədəni zəhələyəcək qədər bakteriyalı olur. Ona görə də ətin buzunun otaq tepmeraturunda deyil, soyuducunun alt bölmələrində əridilməsinə diqqət edin. Buzu ərimiş ətləri dərhal istifadə edin. Çalışın ki, həmin əti yenidən dondurmayasınız.

3. Çatlamış yumurta almayın. Yumurtanın qabığında çox sayda bakteriya olur. Bu isə ciddi xəstəliklərə yol aça bilər. Bu səbəbdən yumurta alarkən onun çatlamış və sınmış olmamasına diqqət edin. İstifadə etməzdən öncə yumurtanı yuyun. Yumurtaya toxunduqdan sonra əllərinizi də yumağı unutmayın.

4. Küçədə satılan sütləri almayın. Süt və süt məhsulları tərkibindəki karbohidrat, protein və yüksək miqdarda suya görə bakteriyalar üçün mükəmməl qida mənbəyidir. Bu səbəbdən küçədə satılan sütlərdən uzaq durmaq, sterilizə olunmuş sütlərdən istifadə etmək lazımdır. Bundan əlavə, marketdən aldığınız sütü uzun müddət bayırda saxlamadan soyuducuya qoyun.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR