Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Yemək zamanı smartfondan istifadə piylənməyə səbəb olur

Yemək zamanı smartfondan istifadə piylənməyə səbəb olur
Sakura

Yemək zamanı smartfondan istifadə piylənməyə səbəb olur

Alimlər qarın həcmi ilə yemək zamanı qadcetə baxmaq vərdişi arasında acınacaqlı əlaqəni müəyyən ediblər.

Mütəxəssislər deyirlər ki, smartondan yemək zamanı istifadə əlavə çəkiyə səbəb ola bilər. Yeni araşdırmaya əsasən, yeyərkən qadcetdən istifadə etdikdə kişilər və qadınlar 15% daha çox kalori qəbul ediblər. Bundan başqa, onların yağlı qidalara olan meyli güclənib. “Telefona baxmaq” vərdişi həqiqi mənada beynin düzgün işinə mane olur - o, yeyilənin kəmiyyətini düzgün qiymətləndirmir.

Bu araşdırmalar Braziliyada Federal Lavra Universiteti və Hollandiya Universitetinin Utrext Tibb Mərkəzində aparılıb.

Eksperimentdə 18 yaşından 28 yaşına qədər 62 könüllü iştirak edib. Onlar menyunu - sağlam məhsullardan alkoqolsuz içkilər və şokolada qədər seçiblər və doyata qədər yeyiblər. Aydın olub ki, orta hesabla bir qida qəbuluna könüllülər yayındırıcı amil (smartfon və ya planşet) olmadan 535 kalori qəbul ediblər. Qadcetlə isə təxminən 600 olub. Bundan başqa, ikinci halda insanlar 10% daha çox yağlı qidaları seçiblər.

Görünüşdə “zərərsiz” olan 60 kalorilik artıq yemək əlavə kiloqramlar və santimetrlərə çevrilir. 30 ildən sonra oturaq həyat tərzi ilə asanlıqla ilə onlarla kiloqram əlavə çəki əldə edə bilərsiniz.

 

Mənbə: eg.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR