Dərc edildi: Baxış sayı: 679
Yəhya bəy Dilqəm - Varmola
Gecə-gündüz qaldım zülmət içində,
Mən kimi zülmətdə qalan varmola?
Əvvəldən can deyib, can eşidənlər,
Heç bircə yanıma gələn varmola?
Hayıf oldu əlim əldən üzüldü,
Mənim üçün bircə saat yüz ildi,
Bağlar xəzəl oldu, güllər pozuldu,
Mən kimi gülşəni solan varmola?
Biçarə Dilqəməm, sorram gələndən,
Ağladandan, göz yaşımı siləndən,
İstəkli dostlardan, qədir biləndən,
Yarəb, ola yada salan varmola?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət