Dərc edildi: Baxış sayı: 692
Yəhya bəy Dilqəm - Görmüşəm
Belin nazik, qəddin suca, üzün gül,
Məlahəti sən cananda görmüşəm.
Gülüstani-Rəmdə tək şahipərdə
Nə mələkdə, nə insanda görmüşəm.
Müjganındı peykan, qaşmdı kaman,
Gözlərin cadudu, ey afəti-can,
Sən hüsndə, vəcahətdə novcavan,
Nə uqbada, nə cahanda görmüşəm.
Az bilmirsən camalının qədrini,
Görsə hilal elər aym bədrini,
Necə deyim, o zülfünün ətrini,
Nə bənövşə, nə reyhanda görmüşəm.
Hüsnün zinət verir xüldi-bərinə,
Pişivazə gəlir gözəllər yenə,
Zülfünün ətrini müşk ənbərinə,
Nə limuda, nə fincanda görmüşəm.
Dilqəm görsə ləbin, olmaz əfsana,
Ləbin nisbət şəhdə2, abi-heyvana,
Aqil alim görsə olar divana,
O xal ki, var zənəxdanda görmüşəm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət