Dərc edildi: Baxış sayı: 695
Yəhya bəy Dilqəm - Düşmüşəm
Arif olan, diqqət elə, fəhm elə,
Bir gözəl əlindən belə düşmüşəm.
Ağlaram, tökərəm didəmdən yaşı,
İndi də mən əldən-ələ düşmüşəm.
Admı deməyə mən eylərəm ar,
Üstümü kəsibdi bir bimürvət yar,
Quşların tərlanı, xublara zəvvar,
Səyyad olub çöldən-çölə düşmüşəm.
Mən Dilqəməm, yandım, yandım, kül oldum,
Danışdım, danışdım, mötədil oldum,
Gülşənlər içində mən bülbül oldum,
Danışıqda dildən-dilə düşmüşəm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət