Dərc edildi: Baxış sayı: 795
Yəhya bəy Dilqəm - Bir namə yazaram
Bir namə yazaram canan elinə
Əhvalım canana yetişərmola?
Fələk məni tərki-vətən eylədi
Nazlı yar əhvalım soruşarmola?
Əzəldən müştaqəm tuti dillərə,
Müsəlsəl saçlara, siyah tellərə,
Axdı eynim yaşı, döndü sellərə
Yar içən sulara qarışarmola?
O qızılgülləri dərməyən Dilqəm,
Dərib, pünhan yerə sərməyən Dilqəm,
Bu dünyada yarın görməyən Dilqəm,
Ya Rəbb, o dünyada görüşərmola...
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət