Slimfit
  1. İDMAN

Yeddi il əvvəl dopinqə düşmüş 18 idmançımız təmizə çıxa bilər - RƏSMİ

Yeddi il əvvəl dopinqə düşmüş 18 idmançımız təmizə çıxa bilər - RƏSMİ
Sakura

Yeddi il əvvəl dopinqə düşmüş 18 idmançımız təmizə çıxa bilər - RƏSMİ

“Biz rəsmi olaraq cərimə kimi Beynəlxalq Ağırlıqqaldırma Federasiyasına (IWF) Anti-Dopinq qaydalarının maliyyə sanksiyasına görə 500 min dollar vəsaiti ödəmişik. Bu, 2013-cü ildə 18 idmançımızda dopinq tapıldığına görə ödənilən məbləğdir. Bu məbləğ ödənildikdən sonra Azərbaycan idmançıları beynəlxalq yarışlara buraxılıb”.

Ens.az xəbər verir ki, bunu Oxu.Az-a Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Rizvan Rəsulov deyib.

IWF-nin sabiq prezidenti Tamaş Ayan maliyyə yeyintilərində – 40-a yaxın pozitiv çıxmış dopinq testlərin üstünü rüşvətlə ört-basdır etməkdə, dopinqə düşmüş federasiyaların ödədiyi cərimə məbləğlərini mənimsəməkdə və rəhbərlik etdiyi qurumun hesabatlarına daxil etməməkdə, o cümlədən 20 ildir, işlədiyi federasiyada prezident postuna seçilmək üçün müəyyən şəxslərə pul verməkdə ittiham edilir. Tamaş Ayan bu səbəbdən aprelin 15-də IWF prezidenti postundan istefaya göndərilib.

 

Kanadalı idman hüququ üzrə akademik Riçard Maklarenin hazırda apardığı araşdırmaya görə, ən çox cərimə pulu ödəyən federasiyalardan biri Azərbaycan olub. Bu üzdən də Azərbaycanın ödədiyi yarım milyon dolların 81 yaşlı Ayan tərəfindən mənimsənildiyi iddia edilir.

 

Rizvan Rəsulov onu da bildirib ki, Azərbaycanın 18 idmançısının birdən-birə dopinqə düşməsi federasiyaya inandırıcı gəlməyib və onlar bu araşdırma sonucunda təmizə çıxa bilərlər:

“Çox yaxşı haldır ki, dünyada dopinqə qarşı mübarizə gedir. Həmçinin bu kimi hallar dopinqə düşdüyü bildirilən təmiz idmançıların aşkarlanmasına səbəb olacaq.

Həmin məbləğin bizə qaytarılmasından söhbət gedə bilməz. Çünki 18 idmançımızda o vaxt dopinq olduğu bildirilmişdi. Açığı, həmin vaxt birdən-birə bu qədər idmançımızda dopinq tapılması da bizə inandırıcı gəlməmişdi.

Yəqin ki Maklarenin rəhbəri olduğu Araşdırma Komissiyası bu məsələyə də aydınlıq gətirəcək. Ola bilər ki, Maklaren bizimlə də əlaqə saxlasın. Hər nə olsa da çıxarılan qərarların idmançıların xeyrinə olmasını istəyirik”.

Qeyd edək ki, Tamaş Ayanın maliyyə maxinasiyaları barədə ilk dəfə bu ilin yanvarında Almaniyanın ARB telekanalında “Secret Doping – the Lord of the Lifters” (Gizli dopinq – Ağırlıqqaldıranların Lordu) verilişi əks olunub. Orada Ayanın korrupsiyaya bulaşdığı barədə məlumat verilib. Bundan sonra onun barəsində araşdırma başlanılıb. Ayan əvvəlcə Beynəlxalq Olimpiya Komitəsinin fəxri üzvlüyündən, daha sonra araşdırma getdiyi 90 gün müddətində federasiyanın prezidenti postundan uzaqlaşdırılıb.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR