Slimfit
  1. MƏDƏNİYYƏT

Yaz dəbini saç aksessuarları diktə edəcək

Yaz dəbini saç aksessuarları diktə edəcək
Sakura

Yaz dəbini saç aksessuarları diktə edəcək

Gələn mövsüm bütün diqqət saç bəzəklərinə yönələcək.

Publika.az xəbər verir ki, bahar aylarında saç bəzəkləri xüsusilə aktual olacaq. Fantaziyaları tükənməyən dizaynerlər keçmiş dövrlərdən ilham alamağa davam edir və orada çoxdan unudulmuş nəfis elementləri təkrar-təkrar günümüzə daşıyırlar. İndi də 90-cı illərin vaxtı yetişib. 90-cı illərin kəmər çanta, pijamasayağı geyim stillərindən xeyli istifadə edib gözümüzün qurdunu öldürdük. İndi isə növbə saç bəzəklərindədir.

Yaz-yay aylarında obodok, rezin, saç lenti, saç bantları və saç sancaqları trend olacaq. Belə elementlər dəsti zənginləşirib ona xoş ştrixlər əlavə edəcək. Əminliklə deyə bilərik ki, tendensiya qızların zövqünü oxşayacaq: maraqlı, qeyri-adi, hətta ekssentrik saç sancaqları asanlıqla çanta və sırğa kimi başqa aksessuarları əvəz edəcək. Məsələn, məxmər və ya zərli obodok obrazın bütün yükü öz üzərində daşıya bilər. Hətta sadə cins və lakonik ağ tişört geyinsəniz də, saçınızdakı bu detal bütün obrazı bəzəyəcək.

Hər hansı bir dekordan məhrum olan kiçik metal sancaqlar və rezinlər də saçlar üçün uyğundur. Əsas qayda saçınızın rəngiylə ziddiyyət təşkil edən aksessuarları seçməkdir. Yadda saxlayın ki, saç bəzəkləri yeni mövsümdə sadəcə saçları yığmaq üçün asan bir yol deyil, həm də dəbli obrazın əsas üstünlüklərindən biridir. Odur ki, saç bəzəklərinə layiqli diqqəti göstərməyə dəyər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR