Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Yayda nə qədər su içməli?

Yayda nə qədər su içməli?
Sakura

Orqanizmin maye tələbatını hesablayaq

Hansı həkimə gediriksə, mütləq bol maye, adi su içməyimizi tövsiyyə edir. Su içməyin faydaları haqqında o qədər miflər gəzir ki, adam lap günə bir vedrə su tükətmək istəyir. Amma elə adam var ki, su içə bilmir ki, bilmir. 
 
Artıq içiləndə dərd verir su da... deyimini nəzərə alıb Medicina.az xüsusən yayda aktual olan su içmək və orqanizmin nə qədər su tələb etməsi barədə mifləri araşdırıb. Necə bilmək olar ki, kifayət qədər su içirik?
Sutkalıq maye norması
 
Dietoloqlar gündə 8 stəkan su içməyə qarşıdır. Təbii ki, söhbət peşəkar dietoloqlardan gedir. Çünki son zamanlar çoxu ümumi məsləhət naminə elə hamıya 8 stəkan suyun faydalarını sayır. Əslində isə sutkalıq su miqdarı norması hər insana görə dəyişir və fərdidir. 
 
Tibbi baxımdan bədən çəkisinin hər kiloqramına görə təxminən 40-60 ml su hesablanır. Yəni əgər 60 kq çəkiniz varsa, maksimum 2 litr su içə bilərsiz. 80 kq-dan yuxarı insanlar üçünsə 2,5-3 litrdir. Bundan çox içmək mümkün deyil, həm də səy və inad tələb edir. Nəzərə alın ki, gündəlik normanı 1-2 saatın içində bitirmək olmaz. Tutaq ki, oxuduz ki, sizə 2 litr su lazımdır. 1 litrini içib, birini də bir saatdan sonra içmək təhlükəlidir. Məsələn fakt var ki, 3 amerikalı əsgər bir neçə saatın içində 20 litr su içdiklərinə görə ölmüşdülər. Yəqin ki, onlar mərcə gəlmişdilər.
 
Yayda norma artır, amma yenə də məcbur deyil
 
Isti havalarda tər ilə bədəndən maye itkisi çox olduğundan, insan daha çox su tükətməlidir. Amma minimum normanın bir qədər üstündə. Məsələn 50-55 kq-lıq insan  sutkada 3 litr, 80 kq-lıq isə 5 litr. Isti havalarda daha çox fiziki aktivlik göstərən insanlar bu həddi aşa bilər. fəhlə çalışanlar, idmanla məşğyl olanlar, açıq havada çox olanlar – normanın yuxarı həddində su qəbul edə bilər. Unutmayın ki, təhlükəsiz norma günə 2,5-3 litrdir.
 
Qidadan su
 
Maye qəbulu o demək deyil ki, elə stəkanla su içməlisiz. Gündəlik normanın 70-80%ni sudan alıb, qalanını ərzaq, qida ilə təmin edə bilərsiz.
Bu həm də təbiətin qanunudur. Su ilə zəngin qidalar: qarpız, brokkoli, sitrus, süd, yoqurt, almadır. Həmçinin soyuq şorbalar.
 
Hansı hallarda maksimum su içmək lazımdır?
 
İsti havada iş görərkən, qaçış zamanı, həmçinin müəyyən xəstəliklərdə: bağırsaq pozulmaları, diareya, qızdırma, qrip, çox tərləmə, əsəb və stress zamanı maye qəbulu artmalıdır. 
 
Kİmlərə çox su içmək zərərlidir?
 
Ürək, böyrək, qaraciyər çatışmazlığı və qalxanabənzər vəzin ağır disgunksiyası olan, antidepressant qəbul edən insanlar normanın minimum həddində su içməlidir
 
Necə bilmək olar ki, kifayət qədər su almışam?
 
Əgər boğazınız, dodaqlarınız quruyursa, ağız küncləri çatlayırsa, dəriniz qurudursa, sidiyiniz şəffaf deyilsə, deməli siz az su içirsiz. Hər insan özü orqanizminin səsini dinləməlidir.
 
Ürəyiniz bulanana kimi su içməyin. Amma heç olmasa gündə 1-2 litr təmiz su tükədin.
 
Mənbə: Medicina.az
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR