Dərc edildi: Baxış sayı: 273
Yay mövsümü başlayandan neçə nəfəri gün vurub?
Yay mövsümü başlayandan günvurma ilə bağlı olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 23 nəfər müraciət edib.
Bu sözləri Axar.az-a açıqlamasında TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova deyib.
“Onlardan 9 nəfəri hospitalizasiya edilib, 14 nəfərə yerində yardım göstərilib. Müraciət edənlərdən 17-si kişi, 6-sı qadın olub”, - Ədilova qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət