Slimfit
  1. AVTO VƏ MOTO

Yay aylarında sərinləşdiricisiz qalmağa səbəb ola biləcək 3 səhv

Yay aylarında sərinləşdiricisiz qalmağa səbəb ola biləcək 3 səhv
Sakura

Yay aylarında sərinləşdiricisiz qalmağa səbəb ola biləcək 3 səhv

Orta statistik avtomobil sahibi ümumiyyətlə, avtomobildə iqlim qurğusunun mövcudluğunu yalnız çöldə isti olduqda xatırlayır. "AVTO KLUB AZƏRBAYCAN"a görə bu yanaşma, ən uyğun olmayan anda sərinləşdiricinin pozulması kimi xoşagəlməz sürprizlərlə doludur.

Avtomobil sahibinin, avtomobilinin iqlim qurğusu ilə əlaqəli birinci səhvi – onu yalnız isti olanda işə salmasıdır. Əslində qurğunun ömrünü uzatmaq üçün ilin istənilən vaxtında, hətta qışda şaxta olsa belə, ayda ən azı bir dəfə işə salmalıdır. Məsələ burasındadır ki, kompressor qovşaqları yağlanmadığına görə sıradan çıxır. Rezin-plastik hissələr quruyur və möhkəmliyini itirir.

Yağlama isə soyuducu maddələrin axını ilə birlikdə sistem boyunca paylanır. Buna görə, sərinləşdiricidəki hər şeyin "yağ kimi" olması üçün mütəmadi olaraq ən azı bir neçə dəqiqə işə salınmalıdır – hətta sizə isti olmasa belə.

Avtomobil sahibinin, avtomobilinin sərinləşdiricisi ilə qarşılıqlı əlaqə qurarkən yol verdiyi ikinci səhv – sistemdə soyuducu maddələrin mövcudluğuna nəzarət edilməməsidir.

İstənilən bir qaz kimi, o da atmosferə daxil olur – ona görə ki, bəşəriyyət tamamilə kipləşdirilmiş sistemlər və tutumlar yaratmağı hələ də öyrənməyib. Belə bir narahatlığın gözlənilməz bir sürpriz halına gəlməməsi üçün avtomobil sahibi tənbəl olmamalı və zaman – zaman sərinləşdirici sistemində soyuducu maddənin mövcudluğuna nəzarət etməlidir.

Bunun üçün mühərrik bölməsi qapağını açmalı və sərinləşdiricinin borularından birini tapmaq üçün xüsusi olaraq, borularda mayenin (sıxılmış qaz) olub – olmamasını görmək üçün şəffaf linza nəzərdə tutulub. Beləliklə, sərinləşdiricini "yanacaqla" doldurmağın vaxtı olduğunu bilmək olar.

Avtomobilinizdəki "soyuducu" ilə əlaqədəki üçüncü səhv – yalnız mühərrik bölməsi qapağı qaldırıldıqda düzəldilir. Söhbət sərinləşdiricinin soyutma radiatorunun (kondensator) təmizliyinə nəzarətdən gedir.

Adətən o, mühərrikin soyutma sistemi radiatorunun qarşısında dayanır. Məsələ burasındadır ki, zibil və toz, bu radiatorlar arasındakı boşluğa dolur, istilik ötürülməsini xeyli dərəcədə pisləşdirir və hər ikisinin səmərəliliyini azaldır. Əgər, bu "zibil işi"ni başlatsaq, sərinləşdirici salondakı havanın soyumasını dayandıracaqdır. Buna görə, ilk növbədə, radiatorlar arasında zibilin olub – olmamasına vaxtaşırı nəzarət etməlisiniz.

Orada onun təzə görünməyə başladığını və hələ sıx bir şəkildə çökməyə vaxt tapmadığını görsəz, nazik plastik və ya taxta xətkeş (və ya uyğun qalınlıqda başqa bir çubuq) ilə barmaqlıqlar arasındakı boşluqdan çirkləri yumşaq bir şəkildə götürə bilərsiniz.

Yaxşı, necə deyərlər, hər şey pis vəziyyətdədirsə, onda mütəxəssislərin hər iki radiatoru səriştəli şəkildə sökməsi, "kirdən" azad etməsi və hər şeyi düzgün qaydada qurması üçün ixtisaslaşdırılmış texniki xidmət mərkəzinə müraciət etmək tövsiyə olunur.

 

Hazırladı: AVTO KLUB AZƏRBAYCAN klubunun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Mənbə: AvtoKlub Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR