Yaxın vaxtlarda peşə standartlarının normativ bazası ilə bağlı qanun layihələrinin təsdiqi gözlənilir
Yaxın vaxtlarda Baş nazir tərəfindən peşə standartlarının normativ bazası ilə bağlı qanun layihələrinin təsdiq ediləcəyi gözlənilir.
Trend-in məlumatına görə, bunu "Azərbaycanın kənd və şəhər ərazilərində layiqli əməyin və inklüziv iqtisadi artımın təşviqi vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasında artan tərəqqi" adlı layihənin nəticələrinə həsr olunmuş konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti şöbəsinin müdiri Elnur Süleymanov bildirib.
Onun sözlərinə görə, peşə standartlarının tətbiqi həddindən artıq vacibdir. Peşə standartları insanın müəyyən bir sahə üzrə minimum bilik və bacarıqlarını özündə əks etdirir:
"Əminik ki, yeni standartların tətbiqi əmək məhsuldarlığının artmasına təsir edəcək. Yəni insanlar öz işlərini daha səmərəli görəcəklər, işəgötürənlər öz işçilərini daha yaxşı qiymətləndirəcəklər".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət