Slimfit
  1. CƏMİYYƏT

Yaxın günlərdə Azərbaycanda iri ticarət mərkəzləri və "Mall"lar açıla bilər? - AÇIQLAMA

Yaxın günlərdə Azərbaycanda iri ticarət mərkəzləri və "Mall"lar açıla bilər? - AÇIQLAMA
Sakura

Yaxın günlərdə Azərbaycanda iri ticarət mərkəzləri və "Mall"lar açıla bilər? - AÇIQLAMA

Hər həftə karantin qaydalarında yumşalmalara gedilir. Bu həftə də yumşalmaların olması gözlənilir. Yaxın günlərdə iri ticarət mərkəzləri və "Mallar" açıla bilərmi?

Ens.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat İlham Məmmədov bildirib ki, Operativ Qərargah bütün fəaliyyət növlərinin tənzimlənməsi ilə bağlı qaydalar hazırlayıb:

"Bildiyimiz kimi, məktəblər üçün də bu qaydalar hazırlandıqdan sonra açılması ilə bağlı qərar qəbul edildi.

İri ticarət mərkəzləri ölkəmizin inkişafının göstəricisidir. Azərbaycanda ən yüksək səviyyəli iri ticarət mərkəzləri fəaliyyət göstərir. İnsanlarımız orada həm alış-veriş edir, həm də dincəlir.

Görün iri ticarət mərkəzləri və "Mallar" nə qədər sosiallaşan yerdir. Belə bir yerdə yoluxma ehtimalı çoxdur. Payız fəslində koronavirus nə dərəcədə şiddətlənəcəyini bilmirik. Eləcə də olmayacağını da.

Bu gün iri ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb. Yəqin ki, bununla bağlı Operativ Qərargahın öz normativləri və göstəriciləri var. Ancaq bu həftə yumşalmalarla bağlı heç bir qərar elan olunmadı.

Bildiyiniz kimi sosial sahələrin bütün fəaliyyət səhələri bərpa olunub. Metro, ayrı-ayrı alış-veriş mağazalarının hamısı açılıb. Bu epidemioloji vəziyyət saxlamaq üçün hansı sahələrin vacib olduğu Operativ Qərargah tərəfindən müəyyənləşib. İri ticarət mərkəzləri də bu kataqoriyalara aid olduğu üçün də bununla bağlı yaxın günlərdə qərar qəbul ediləcək".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR