Yaxın gələcəkdə hər 4 işdən birini robotlar görəcək
Robotların sənayedəki istismar sahəsinin artacağı qeyd olunan araşdırmaya görə, yaxın 10 il ərzində ABŞ-da istehsal sektorundakı işlərin 25 faizi robotlar tərəfindən həyata keçiriləcək.
Sənayedə robotlardan istifadə edilməsi məhsulun maya dəyərinin aşağı düşməsi ilə yanaşı sürətli bir artıma da səbəb olacağı gözlənilir.
Araşdırmaya görə, 2025-ci ildə ABŞ-dakı işlərin 25 faizi robotlar tərəfindən icra olunacaq.
NTV-nin xəbərinə görə bu vəziyyətin işsizlik faizlərində artım ilə nəticələnəcəyi gözlənilir. Boston Consulting Group (BSG) tərəfindən aparılan araşdırmaya görə, 10 il ərzində robotlar səbəbi ilə ən çox zavod işçiləri işlərindən məhrum olacaqdır.
BSG adından açıqlama verən Hal Sirkin bu vəziyyətin işsizliyə səbəb olması ilə yanaşı yeni iş yerlərinin də yaranması ilə nəticələnəcəyini bildirib.
Mənbə: Milli.Az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət