Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Yataqdan və ya stuldan qalxanda gicəllənənlər – Başgicəllənmə nəyin siqnalıdır?

Yataqdan və ya stuldan qalxanda gicəllənənlər – Başgicəllənmə nəyin siqnalıdır?
Sakura

Yataqdan və ya stuldan qalxanda gicəllənənlər – Başgicəllənmə nəyin siqnalıdır?

Çox insanlar yataqdan, divandan, oturduğu yerdən qalxanda ani olaraq başının hərlənməsi, gözlərinin qaralmasını bildirir. Eyni simptomun məhz qəfildən uzandığı və oturduğu yerdən qalxan zaman baş verməsi və sonra da itməsi çoxlarını düşündürür, amma bu hal az sürdüyü üçün insan problemin səbəbini araşdırmağa və həkimə getməyə lüzum bilmir. Çoxları isə bunu qanazlığı ilə əlaqələndirir.

Tibb.fins.az xəbər verir ki, Minnesot ştatının nevrologiya klinikasının həkimi Fipil Lou belə tip başgicəllənmənin səbəbini izah etmişdir:

"Hər şey ürəklə bağlıdır. Ürək nasosdur. Qəfildən ayağa qalxanda ürəyə daxil olan qanın miqdarı birdən azalır. Bu da müvəqqəti arterial təzyiq enməsinə səbəb olur. Korrektə edici mexanizmlərə bir neçə saniyə lazımdır ki, vəziyyəti düzəltsin. Bu düzələnə kimi insan yüngül başgicəllənmə hiss edir”. 

Tibbdə bu vəziyyət Ortostatik hipotenziya adlanır. Əgər siz çox nadir hallarda bu halla rastlaşırsızsa, 2 səbəb ola bilər: kifayət qədər yemək yeməmisiz və ya su içməmisiz. Digər səbəblər idman məşqləri, qaçış, hamiləlik, isti, günvurma, alkoqol ola bilər. Bütün bu səbəblər düzələndir.

Lakin başgicəllənmə tutmaları bu səbəblər olmadan və daha tez –tez olursa, deməli, səbəb ciddidir və həkimə getmək lazımdır.

" Bu o deməkdir ki, ürəyə daxil olan qan dövranında problem var. Arterial təzyiq aşağı düşür və düzəlmir. Ortostatik hipotenziya 60 yaşdan sonra insanlarda daha çox olur. Yaşlı insanlar başgicəllənmə və hərlənmə səbəbindən bəzən yıxılır və zədə, çıxıq alır”. 

Əgər sizə elə gəlirsə ki, otaq başınıza fırlanır, bunun səbəbi qulaqdadır, buna vestibulyar başgicəllənmə - Vertiqo deyilir. Səbəbi kəllə travması, qulaq xəstəlikləridir və mütləq müalicə olunmalıdır.

Yox əgər başgicəllənmə huşun itməsi ilə tamamlanırsa, hətta qısa müddətli huş itsə də, ciddi tibbi müayinə lazımdır. Səbəb ürək, sinir və endokrin sistemdəki pozuntular ola bilər.

Bir çox dərmanların əks təsiri kimi təzyiqin düşməsi, başgicəllənmə olur. Dərmandan şübhələndikdə, həkimlə məsləhətləşib, dəyişin.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR