Slimfit
  1. MƏDƏNİYYƏT

Yaşlı fransız qadının mətbəxindən intibah dövrünün rəsm əsəri tapılıb

Yaşlı fransız qadının mətbəxindən intibah dövrünün rəsm əsəri tapılıb
Sakura

Yaşlı fransız qadının mətbəxindən intibah dövrünün rəsm əsəri tapılıb

İncəsənət tarixçiləri Paris yaxınlığında yaşayan yaşlı bir qadının mətbəxindən "İntibah dövrünün atası" adı verilən florensiyalı rəssam Çimabuenın rəsm əsərini tapdıqlarını bildirib.

Trend-in məlumatına görə, qədim rəsm sənətkarları üzrə mütəxəssis Erik Terkin 13-cü əsrə aid "Məsihin işgəncəsi" adlı taxta panelindəki temperanı 4-6 milyon avro dəyərində qiymətləndirib.

"Actéon" auksion evinin rəhbəri Dominik Le Koent-de Belye, qadının qocalar evinə yerləşdirildikdən sonra həmkarının əsərin orijinallığını müəyyən etmək üçün hakim tərəfindən dəvət edilidyini bildirib. Auksion evi Çimabuenin əsərlərinin nadirliyini nəzərə alaraq, qovaqdan olan paneldəki temperanın tapılmasını "Qərb sənət tarixinin əsas kəşfi" adlandırıb.

Əsər Çimabuenin Məsihin "işgəncəsini və çarmıxa çəkilməsini" təsvir edən və 1280-ci ildə yaranan səkkiz rəsmdən ibarət silsilənin bir parçasıdır.

Bu silsilənin əsərlərindən olan başqa iki rəsm - "Məryəm, körpə və İki mələk" Londondakı Milli Qalereyada və "Məsihin İncisi" Nyu-Yorkdakı "Frick Collection" adlanan şəxsi kolleksiyada yerləşdiriliblər.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR