Slimfit
  1. MARAQLI

Yaşlanma və qırışlar əleyhinə ən yaxşı 4 icki

Yaşlanma və qırışlar əleyhinə ən yaxşı 4 icki
Sakura

Yaşlanma və qırışlar əleyhinə ən yaxşı 4 icki

Qocalığı dayandırmaq üçün hər hansı eleksir mövcud deyil. Yaş və zaman öz sözünü deyir. Müasit tibbdə cavan qalmaq istəyənlərə bahalı prosedurlar və plastik əməliyyatlar təklif edilir. Lakin təbiət insana öz sağlamlığını qoruması üçün çoxlu sayda faydalı nemətlər bəxş edib. Onların köməyi sayəsində çox asan və ucuz yolla qocalma prosesini ləngitmək mümkündür.

Publika.az xəbər verir ki, tərkibi antioksidant, C və başqa vitaminlərlə zəngin olan meyvə-tərəvəzlər qocalıq prosesini ləngidir, onun mənfi təsirlərini azaldır və dərinizin elastikliyini qoruyur. Diyetoloqlar bildirib ki, üzüm, qarpız, badımcan və pomidor suyu dərini təbii vitamin və minerallarla qidalandıran ən yaxşı mənbədir.

Badımcan suyu

Badımcan suyunun acılığını azalmaq üçün içinə alma suyu əlavə edin. Antioksidant baxımından zəngin olan badımcan dərinin elastikliyini bərpa edib nəm balansını normaya salır.

Pomidor suyu

Pomidor suyu xüsusən likopenlə boldur. Likopen dəri kollageninin möhləmliyi və elastikliyinə görə cavabdehlik daşıyır. Lakin yaşlandıqca kollagenin istehsal prosesi zəifləyir və bu, ilk olaraq dəridə özünü göstərir. Kollagen çatışmazlığı dəri qocalmasıın əsas səbəbidir. Dəri möhkəmlik və elastikliyini itirir, üst qatı nazikləşir, quruluq əmələ gəlir və nəticədə ilk qırışlar yerini tutur. Pomidor suyu isə yaşla əlaqədar olaraq dəridə yaranan problemləri aradan qaldırır.
Karotenoid və fitokimyəvi piqment isə sərbəst radikalların (immun sisteminə hücum edən və qocalmanı sürətləndirən, sağlam hüceyrələrə zərər verən molekullar və ionlar sərbəst radikallar adlanır) mübarizəsində ən güclü vasitələr sayılır.

Qarpız

Qarpız yalnız su və şəkərdən ibarət deyil, həmçinin yüksək səviyyədə vitamin, mineral və antioksidant ehtiva edir. O bədəni nəmləndirir, dəri qurumasının və qocalmasının qarşısını alır. Tərkibindəki A vitaminin qırışlarla mübarizə aparmaq üçün ən yaxşı təbii vasitə olduğunu unutmayın.

Üzüm suyu

Üzümün qabığı və toxumları illərdir yaşlanma əleyhinə gözəllik məhsullarında istifadə edilir. Bunun səbəbi üzümün içindəki resveratroldur. Bu, qocalmanın əlamətləri ilə mübarizə aparan güclü antioksidant növüdür.

Həm diyetoloqlar, həm də kosmetoloqlar hazır meyvə suları almaq əvəzinə, onları evdə hazırlamağı mələhət görür. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR