Dərc edildi: Baxış sayı: 143
La Liqa "Barselona"nın iki futbolçusuna lisenziya verməyib
İspaniyanın "Barselona" klubunun iki futbolçusu - Dani Olmo və Pau Viktora La Liqa tərəfindən lisenziya verilməyib.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə La Liqanın mətbuat xidməti məlumat yayıb.
Kataloniyalılar yanvarın 3-də maliyyə tələblərini yerinə yetirsələr də, futbolçuları qeydiyyata alınmayıb.
İspaniya Kral Futbol Federasiyasının qaydalarına əsasən mövsümün gedişində lisenziyası ləğv edilən oyunçu həmin mövsümdə eyni komandada yenidən lisenziya əldə edə bilməz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət