Slimfit
  1. MƏTBƏX

Yaşıl çaylı peçenye

Yaşıl çaylı peçenye
Sakura

Yaşıl çaylı peçenye

Hər zaman yediyiniz peçenyelərdən bezib yeni dad axtarırsınız?  “Gencaile.az” fərqli resept axtarışında olanlar üçün yaşıl çaylı peçenye reseptini təqdim edir.

Lazım olanlar:

3 xörək qaşığı kərə yağı

Yarım stəkan qəhvəyi şəkər tozu

1 ədəd yumurta
Bir paket vanil
2 stəkan un
Bir xörək qaşığı yaşıl çay
Bir paket qabartma tozu
Yarım paket ağ şokolad
Yarım paket südlü şokolad

Hazırlanması:

Otaq temperaturunda əridilmiş kərə yağının içərisinə şəkər tozunu qatıb, krem halına gələnə qədər çırpın. Yumurtaları və vanili əlavə edərək, çırpmağa davam edin. Bu sırada yaşıl çayı, qabartma tozu və unu bir qabın içində yaxşıca qarışdırın. Bu qarışımı ələkdən keçirərək, kərə yağlı qarışıma əlavə edin. Bütün ləvazimatları yoğurun və xəmiri streç kağıza sarıyıb, soyuducuda 30 dəqiqə saxlayın.

30 dəqiqədən sonra xəmiri soyuducudan çıxarın. Kiçik kündələr götürərək, içinə şokolad parçaları qoyun. Şokolad parçaları qoyduqdan sonra peçenyelərə yuvarlaq bir şəkil verin. 180 dərəcəlik sobada 10 dəqiqə bişirin.

Nuş olsun!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR