Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Yaşıl çay gözlər üçün faydalıdır

Yaşıl çay gözlər üçün faydalıdır
Sakura

Yaşıl çay gözlər üçün faydalıdır

 Böyük Britaniyanın oftalmologiya jurnalında dərc edilmiş tədqiqata əsasən, gün ərzində azı bir stəkan yaşıl çay qəbulu qlaukomanın inkişaf riskini azalda bilər.

Kaliforniya Universitetindən olan alimlərin apardıqları tədqiqatda gün ərzində azı bir stəkan yaşıl çaydan istifadə edən könüllülər iştirak ediblər. Nəticələr göstərib ki, çay həvəskarlarının qlaukoma xəstəliyinə tutulmaq şansı digərlərinə nisbətən 74 faiz azdır. Özü də maraqlıdır ki, söhbət yalnız isti çaydan gedib. Buzlu çay içənlərə bu üstünlüyü əldə etmək nəsib olmayıb. Alimlər isti yaşıl çayla qlaukoma arasında bağlılıq barədə suala hələ də cavab tapmayıblar.

AZƏRTAC bu barədə “MedikForum”a istinadla xəbər verir.

Çay tərkibindəki bioloji aktiv maddələrlə zəngindir. Bunlardan bəzilərinə flavonoid və katexinlər kimi güclü antioksidant olmayan polifenollar daxildir. Bu qidalandırıcı maddələr orqanizmimizdəki zərərli sərbəst radikalları azaltmağa kömək edir, həmçinin bizim hüceyrələrimizi və molekullarımızı zədədən müdafiə edir.

Bu içki beynin fəaliyyətini yaxşılaşdırır. Çayın tərkibində olan lazımi qədər kofein bədənə gümrahlıq qatır, sizi əsəbiləşməyə məcbur etmir. Yaşıl çay, həmçinin L-teanin aminoturşusu ilə zəngindir. Bu maddə beyində dofamini artırmağa və alfa dalğaları əmələ gətirməyə qadirdir. Alfa dalğalar isə orqanizmi sakitləşdirir.

Yaşıl çayın qəbulu zamanı orqanizmdə piylərin əriməsi prosesi sürətlənir və fiziki iş qabiliyyəti yüksəlir. Həmçinin maddələr mübadiləsi artır və piylərin qısa vaxt ərzində əriməsi təmin edilir.

Yaşıl çayın tərkibindəki antioksidantlar bəzi növ xərçəngin əmələgəlmə riskini azaldır, süd vəzisi, prostat və bağırsaq xərçəngi kimi geniş yayılan xəstəliklərə qarşı mübarizə aparır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR