Slimfit
  1. MEDİA

“Yaşayış və təhsil üçün heç bir dövlətdə olmayan güzəştlər burada var” – Xaricdə təhsil bələdçisi

“Yaşayış və təhsil üçün heç bir dövlətdə olmayan güzəştlər burada var” – Xaricdə təhsil bələdçisi
Sakura

Gənclərin xaricdə təhsildə üstünlük verdiyi ölkələrdən biri də Fransadır. Fransada təhsil son zamanlar…

Gənclərin xaricdə təhsildə üstünlük verdiyi ölkələrdən biri də Fransadır. Fransada təhsil son zamanlar çox sürətlə inkişaf edir. O səbəbdən, burada oxumaq istəyənlərin sayı da artmaqdadır.

Dünyanın ən inkişaf etmiş ölkələrindən sayılan və Qərbi Avropanın ən geniş sahəyə sahib olan ölkəsi Fransa; İspaniya, Andorra, Monako, İtaliya, İsveçrə, Almaniya, Lüksemburq və Belçikayla həmsərhəddir.

Avropa Birliyinə üzv olan bu ölkə Şengen viza bölgəsinə aiddir. Qədim tarixi, həyat tərzi, muzeyləri, ədəbiyyatı, kinosu, küçələri, kulinariya adət-ənənələri ilə turistləri cəlb edən moda və incəsənətə meylli Fransa; dil təhsili, ali təhsil və iş səyahətləriylə də dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir.

“Fransa universitetlərində mövcud olan hər bir ixtisasın ekvivalenti Azərbaycanda da var. Ancaq fərqlilik tədris prosesinin gücünə görə dəyişir”

Bu sözləri AzEdu.az-a jurnalist, xaricdə təhsil üzrə ekspert Nəzərbəy Hacıağayev deyib. O bildirib ki, Fransada heç bir dövlətdə olmayan yaşayış güzəştləri var:

“Avropanın ən inkişaf etmiş ölkələrindən biri də Fransadır. Fransanın dövlət universitetlərində təhsil ödənişsizdir. Amma istisna hallar olduğu zaman universitetlərdə təhsil haqqı aşağı məbləğdə olur. Fransanın dövlət universitetlərində təhsil haqqı maksimum 2700 avrodur. Onu da bildirim ki, Fransada heç bir dövlətdə olmayan yaşayış güzəştləri var. İstər yataqxana, istərsə də kirayə evdə qalan tələbələr ödədikləri məbləğin 40%-ni Fransa dövləti geri qaytarır.

Fransada sağlamlıq sığortasına hər il cüzi məbləğ ödəməklə ümumi tibbi yoxlanışdan keçmək mümkündür. Ölkənin universitetlərində oxuyan əcnəbi tələbələr təhsilini başa vurduqdan sonra bir il Fransa vətəndaşları ilə eyni hüquqa malik olur”.

Nəzərbəy Hacıağayev Fransa universitetlərində təqaüdlə təhsil almağın da sirlərini bölüşüb:

“Avropa ölkələrində olduğu kimi Fransa universitetlərində əcnəbi tələbələr üçün təqaüd proqramları mövcuddur. Ancaq təqaüd proqramını qazanmaq istəyən əcnəbi tələbələrin attestat və bakalavr göstəriciləri mükəmməl səviyyədə olmalıdır. Həmçinin, Fransa universitetlərində təqaüdlü təhsil almaq istəyənlərin GPA-sı 75+ olmalıdır. Onu da bildirim ki, Fransa universitetlərinə daxil olmaq üçün "TCF" və "DELF" imtahanlarından uğurla keçmək lazımdır. Təəssüf ki, “TCF” və “DELF” proqramının tədrisi ölkəmizin çox az yerində olmaqla yanaşı həm də bahadır. Burada qiymətlər minimum 200 avro civarındadır. Ancaq “NM Education Consulting” olaraq bu məsələnin həlli üçün çalışırıq. Bu günlərdə Türkiyə Respublikası Təhsil Nazirliyinin nəzdində olan "FONO" qurumunda Fransadan gəlmiş peşəkar müəllimin dərs prosesində iştirakı ilə "TCF" və "DELF" proqramlarını münasib məbləğdə tədris etməyə çalışacağıq. Əsas hədəfimiz isə bazar qiymətlərindən 30-40% aşağı rəqəmlə vətəndaşlara xidmət etməkdir”.

Ekspertin sözlərinə görə, Fransa hökuməti orada təhsil alan əcnəbi tələbələr üçün bir sıra güzəştlər tətbiq edir:

“Fransa universitetlərində mövcud olan hər bir ixtisasın ekvivalenti Azərbaycanda da var. Ancaq fərqlilik tədris prosesinin gücünə görə dəyişir. Onu da bildirim ki, 0-11 yaş arasında olan uşaqlara, təqaüdçülərə, əlil və təhsil almaq üçün gedən tələbələrə, beynəlxalq yarış iştirakçılarına viza rüsumu 80 AZN təşkil edir. Fransadan viza almaq üçün bank hesabında minimum 5000 avro olmalıdır. Ölkədə yataqxana və kirayə evin qiyməti 600-700 avro təşkil edir. Ancaq Fransa hökuməti əcnəbi tələbələrə güzəşt edərək bu məbləği 200 avroya qədər endirir. Bundan əlavə olaraq tələbələrin nəqliyyat xərcləri də 30-50 avro arasındadır. Fransada qida xərcləri isə 200-400 avro təşkil edir. Bundan əlavə Fransa universitetlərində təhsil alan tələbələrə iş izni də verilir. Fransa dövləti hər bir əcnəbi tələbəyə 964 saat iş izni verir. Fransada minimum əmək haqqı isə 1521 avrodur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR