Slimfit
  1. AZƏRBAYCAN

Yaşar Güler: "Qardaş Azərbaycanda olmaqdan məmnunam"

Yaşar Güler: "Qardaş Azərbaycanda olmaqdan məmnunam"
Sakura

Yaşar Güler: "Qardaş Azərbaycanda olmaqdan məmnunam"

"Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi əlaqələri mükəmməl şəkildə genişlənir". SİA-nın verdiyi məlumata görə, bunu Bakıda Azərbaycanın müdafiə naziri və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia ilə üçtərəfli görüşündə Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler deyib.

O bildirib ki, hər üç ölkənin hərbi əlaqələri strateji səviyyəyə çatıb: "Hərbi əlaqələrimizi daha da artırmaq üçün əlimizdən gələni edəcəyik. Qardaş Azərbaycanda olmaqdan məmnunam. Bu gün 3 dost və qardaş ölkənin müdafiə rəsmiləri olaraq böyük toplantı keçirmək üçün bir araya gəlmişik. Bu, bizim 3-cü toplantımızdır. Bir-birimizlə həm ikitərəfli, həm də üçtərəfli görüşlər keçirərək bölgədəki vəziyyəti müzakirə edəcəyik. Hərbi əlaqələrimiz mükəmməl şəkildə genişlənir. İnanıram ki, bu gün keçirilən görüşdə çox vacib nəticələr əldə edəcəyik".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR