Slimfit
  1. DÜNYA

Yasaq sevginin bitirdiyi dövlət adamları

Yasaq sevginin bitirdiyi dövlət adamları
Sakura

Yasaq sevginin bitirdiyi dövlət adamları

Norveçdə balıqçılıq təsərrüfatı üzrə nazir məzuniyyətini İranda keçirdiyi üçün istefa verməli olub. İstefaya səbəb nazir Per Sandberqin səfərlə bağlı hökuməti əvvəlcədən məlumatlandırmaması və təhlükəsizlik qaydalarını pozması olub.

Sandberq bu ilin iyulunda 28 yaşlı İran əsilli sevgilisi ilə İranda dincəlib. O, nazirliyi və hökuməti səfəri ilə bağlı İranda iki gün qaldıqdan sonra məlumatlandırıb. Digər qayda pozuntusu isə nazirin səfərə iş telefonunu aparması olub.

Ümumiyyətlə, Sandberq İran kökənli Bahareh Letneslə münasibətinə görə daim tənqid hədəfində olub. Milli təhlükəsizliyi təhdid riski olduğu üçün baş nazir Erna Solberq telefonun polis tərəfindən araşdırılmasını tələb edib. Nazir bu durumda istefa verdiyini elan edib. Artıq Sandberqin yerinə təyinat da olub.

Orta əsrlərdə xəyanət qalmaqalına görə cəza yox idi, amma müasir siyasətdə…

Tarix boyunca dövlət rəhbərliyində olan şəxslərin başına gələn eşq hekayələri və bunun acı nəticələri az deyil. Prezidentlər, baş nazirlər, nazirlər, senatorlar, millət vəkilləri, yüksək bürokratlar, cəmiyyətdən gizlədilən nikahdan kənar dünyaya gələn uşaqlar…

Amerikanın üçüncü prezidenti Tomas Jeffersonun xidmətçi köləsi olan Sarah Sally Heminqsdən altı uşağı olub. Amma tarixçilər bu dedi-qoduları başlanğıcda ciddi qəbul etməsələr də, 20-ci yüzilin sonunda yenidən aparılan araşdırma və 1998-ci ildə keçirilən bir DNK testi Jeffersonun həmin   uşaqlardan ən azı birinin atası olduğunu ortaya qoyub. Daha sonra Tomas Jefferson Vəqfinin apardığı araşdırma müəyyən etdi ki, Jefferson həmin altı uşağın atasıdır.

Ağ Evdə yaşanan digər bir yasaq sevgi münasibəti  Merlin Monro ilə Con Kennedi arasında idi. Bu sevgi günümüzə qədər saysız-hesabsız kitaba, filmə, məqaləyə mövzu olub. Kennedi ilə Monro münasibətləri də iki nəfərin arasında yaşanmaqdan xeyli qabağa getmişdi. Belə ki, bu münasibətlərdə FBI, CIA, KQB, mafiya, özəl detektivlər, bir sözlə, hər kəs vardı.

Dəlixanada yatan bir ananın qızı olaraq dünyaya gələn Merlin Monronun yolu mafiya ilə əlaqələri olan bir eks siyasətçinin oğlu olan Kennedi ilə senator olduğu dövrdə kəsişib. Həmin vaxt Kennedi Ceki ilə evli idi.

Bu münasibətlərdən xəbər tutan həyat yoldaşı Kennedidən ayrılmaq istəsə də, ailələri buna mane olur. Bu ərəfələrdə Merlin Monro da Artur Millerlə ailəli idi. Monro Kennediyə evlənmək təklifi etsə də, sonuncu yaxın zamanda prezident olacağını iddia edərək, təklifi rədd edib. Nəhayət, bu sevgililərin sonu çox faciəvi olub. Monro yüksək dozada yuxu dərmanı qəbul etdiyi üçün 1962-ci ildə öldü. Kennedi isə 1963-cü ildə bir sui-qəsdin qurbanı oldu.

Bu münasibət Kennedinin siyasi karyerasında neqativ izlər qoyub.

Klinton arvadına xəyanət etdi, amerikan məclisi onun vəzifədən uzaqlaşdırılmasına qərar verdi

Ağ Evi silkələyən bir başqa yasaq sevgi qalmaqalı da prezident Bill Klintonun dövründə yaşanıb. Söhbət prezidentin Monika Levinski adlı “stajyor”la  yaşadığı yasaq eşq qalmaqalından gedir.  Arkanzas ştatının qubernatoru olduğu zaman da bir çox gənc qızla münasibət yaşaması ilə bağlı dedi-qodular yaranan Klinton prezident olandan sonra yaşadığı bu eşq dillərə dastan oldu.

1998-ci ildə ABŞ Konqresi Klintonu impiçment etmək istəyirdi. Amma bu qərar Senat tərəfindən qəbul edilmədi. Aldadılan həyat yoldaşı Hillari Klinton isə ərindən boşanmadı və daha sonra ABŞ-ın dövlət katibi oldu.

 

 

Yelisey sarayındakı istefa ilə bitən çirkli münasibətlər

Yelisey sarayında ilk bu qəbildən olan qalmaqal 19-cu əsrin sonunda baş verib. Prezident Feliks For (1895-ci ildən 1899-cu ilə qədər) sevgilisi Marqerit Stenelin qucağında dünyasını dəyişib. Şayiələrə görə, afrodoziak “peredozirovkası” prezidentin axırına çıxıbmış. Amma bu günə qədər bir nəfər də olsun özündən deyən tarixçi ən məşhur fransız prezident Şarl de Qollun sevgilisini aşkar etməyib. Amma Fransada 1974-cü ildən 1981-ci ilə qədər prezident olmuş Valeri Jistar dEsten tez-tez tanınmış fransız aktrisaların əhatəsində olub. 5-ci respublikanın üçüncü prezidenti heç zaman erotik film “Emmanuel”in baş rol ifaçısı Silviya Kristellə olan sevgi hekayəsini gizlətməyə lüzum görməyib. Amma bu, onun yeganə sevgilisi olmayıb. Aktrisa Marlen Jober bizim tamaşaçılara bəlli deyil. Baxmayaraq ki, məşhur filmlərdə çəkilib və bir dəfə prezidentin limuzininin sükanı arxasında olub. Cənab prezident onunla yanaşı oturub və bu, fotoların yaddaşında öz əksini tapıb.

“Mən respublikanın prezidenti olarkən, 17 milyon fransız qadına vurulmuşam”, – Jiskar Desten müsahibələrinin birində deyib. “Mən onları kütlə arasında görəndə onlar bunu hiss etdilər, sonra mənim lehimə səs verdilər”. Yataq və siyasət Fransada bir-biri ilə o qədər sıx bağlıdır ki, artıq 4 prezident dalbadal dövlət başçısı postuna nail olan kimi şəxsi həyatlarında bir-birilərinə qalib gəlmək uğrunda mübarizəyə qoşulublar.

Jiskar Estenin çıx ehtiraslı sevgilisi Silviya Kristel olub, o daha çox “Emmanuel” erotik filminin qəhrəmanı kimi tanınıb. Onların sevgi romanı Jiskar Esten Yelisey sarayının sahibi olmazdan əvvəl başlayıb. Amma nə seçkidəki qələbə, nə də qanuni arvadının dünyaya gətirdiyi dördüncü uşaq onların münasibətlərini dəyişməyib. Prezidentin Emmanuellə romanından hamı xəbərdar olub. Silvia tez-tez rəsmi qəbulların sahibi rolunda çıxış edib və özünün havadarını xarici səfərlər zamanı müşayiət edib. Amma baxmayaraq ki, nə aktrisa, nə də dövlət başçısı bir-birinə sədaqətli olmasalar da, davam edib.

Fransua Mitteranı isə heç yaddan çıxarmayaq. 1981-ci ildən 1995-ci ilə qədər Fransa prezidenti olmuş bu şəxs nəinki aktrisaları, heç nazir portfelindəki şəxsləri də boş buraxmazdı. O, eyni zamanda müğənni Dalidanın və aktrisa Anna Jirardonun sevgilisi olmaqla yanaşı, rəsmi ər statusunda da olub. Kənarda ailəsi və uşaqları olub. İncəsənət eksperti və iri muzey işçisi Ann Penjo onunla uzun illər yaşayıb və qızı Mazarini dünyaya gətirib.

Mitterandan sonra prezidentlik vəzifəsini icra edən Jak Şirakın hekayələri də az deyil. 1995-ci ildən 2007-ci ilə qədər prezident olmuş bu şəxs sələflərindən geri qalmayıb. Heç vaxt sevgi hekayələrini “əlinə və üzünə” bulaşdırmayıb. Əksinə, dildən-dilə dolaşan sevgi macəralarına görə xeyli hörmət və lətifə də qazanıb. Ən məşhur lətifələrdən biri isə odur ki,   onun qadınlarla keçirdiyi vaxt hər zaman bol olub. Ən pis halda üç dəqiqəni keçməyib. Onunla dünya kinosunun ulduzu Kladia Kardinal da xeyli şöhrət qazanıb.

Jacques Chirac da şorgöz fransız siyasətçilərdən sayılırdı. Yelisey tərəfindən dəlillər yox edilməyə çalışılsa da, jurnalistlər onun gizli sevgi hekayələrinin izini hər zaman tapıblar. 1995-ci ildə vəzifəyə gələn Chiracın adı öz ölkəsində “odlu dovşan”a, “duş daxil olmaqla üç dəqiqə” söhbətləri ilə xatırlanır və karikaturalara da mövzu olmuşdu. Onun jurnalistlərlə, fotoqraflarla və hətta Klaudia Kardinal kimi məşhur aktrisalarla belə yasaq sevgi yaşadığı iddia edilirdi. Onun bu imici və həyatındakı qarışıqlıq karyerasına da təsir etdi, arvadı ilə ayrılma həddinə çatdı.

 

Nazir yasaq sevgisinə görə üzr istədi, istefa verdi və hakim qarşısına çıxdı

İngiltərə kralı 8-ci Edvard da Vallis Simpsonla yaşadığı sevgi münasibətinə görə taxtından imtina edib. 1936-cı ildə kral elan edilən Edvard ərindən boşanan Simpsonla evlənə bilmək üçün ailəsinin razılığını ala bilməyincə öz istəyi ilə taxtdan əlini çəkdi.

Bundan başqa, İngiltərədə baş nazir yardımçısı Con Preskottun həyat yoldaşına iki il boyunca katibəsi ilə xəyanət etdiyi, keçmiş baş nazir Gordon Brounun  antiterror şefi olaraq çalışan Sir Alan Vestin isə arvadını ABBA qrupu üzvlərindən Frida ilə aldatması da yaxın zamanlardakı yasaq sevgi hekayələrindəndir. 1963-cü ildə məşhur siyasətçi Con Profumo, Kristina Keeler ilə yaşadığı münasibətə görə siyasədən gedib və mühafizəkar baş nazir Harold Macmillanın kabinetindən istefa verib.

Avstraliyanın keçmiş xəzinə naziri Troy Busvell də Yaşıllar Partiyasının depitatı Adele Carlesla yasaq münasibət yaşamışdı. Hadisə zamanı hər iki siyasətçi də başqaları ilə evli idi. Qalmaqalın ortaya çıxmasından dərhal sonra Busvellin siyasi karyerasını yekunlaşdırdı. Televiziyaya çıxıb, həm camaatdan, həm də həyat yoldaşından üzr istədi. Vəzifəsindən və partiyasından istefa vermək məcburiyyətində qaldı. Sevgilisinin onunla görüşmək üçün səfər məsrəflərini nazirliyin büdcəsindən həll etdiyi üçünsə məhkəmə qarşısına çıxarıldı.

 

 

Sevinc TELMANQIZI

 

Mənbə: Gəncailə.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR