Dərc edildi: Baxış sayı: 1234
Yasamən güllərindən dərman hazırla – Oynaq, sümük, əzələ, diz ağrılarına
Yasəmən gülləri qədimdən, eləcə də müharibə illərində bir çox problemlərdə istifadə olunan müalicəvi bitkidir.
Xalq təbabətində yasəmənin açıq bənövşəyi rəngdə olan növündən, güllərindən istifadə olunur. Ağ və çox tünd bənövşəyi güllər yaramır.
Medicina.az güllərin araq və yağda cövhərini təqdim edir.
Bankaya təmizlənmiş yasəmən gülləri doldurulur, üzərinə araq və ya təmiz zeytun yağı əlavə olunur. 21 gün qaranlıq, sərin yerdə saxlanılır. 21 gün sonra süzülür, şüşə butula yığılır.
Gündə 3 dəfə yeməkdən öncə 20-30 damcı stəkanın dibində suya damcıladılıb içilir. Eləcə də oynaqlara, duz yığılan nahiyəyə, artroza xaricdən kompress olunur.
Bu qarışım varikozda da effektivdir, ayaqlara çəkilə bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət