Yaş saçlarla yatmaq hansl fəsadlara yol açır?
Saçları fenlə qurutmadan yatmaq çox zərərlidir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yaş saçla yatanda yastığa keçən rütubət zərərli bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır. Eyni zamanda saç köklərinin uzun müddət nəm qalması onları zəiflədir və tökülməsinə səbəb olur.
Bakterial infeksiyalar
Nəm saçla yatanda yastığa keçən rütubət zərərli bakteriyaların çoxalması üçün çox əlverişli şərait yaradır. Nəticədə bakteriyalar bütün gecə boyu dəriyə hopur, burun və ağıza keçir.
Göbələk
Dərinin rütubətli bakteriyalara məruz qalması bir çox infeksiyaya yoluxma ehtimalını artırır. Həmçinin rütubətli yastıq göbələk yarada bilər. Nəticədə kəpək, qaşınma və dəmrova gətirib çıxara bilər. Astma, sinüsit və digər tənəffüs yolu xəstəlikləri şiddətlənə bilər.
Dəri və saç xəstəlikləri
Yaş saç ilə yatmaq saçların cansız və solğun görünməsinə səbəb olur. Bundan başqa, dərinin bobina bakteriyalara məruz qalması, quruluq, sızanaq və qaşınma kimi problemləri yaradır. Odur ki, gecələr saçları qurulamadan yatmayın.
Aytən
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət