Yarımçıq qalan Azərbaycan çempionatı liderinin avrokuboklarda oynayacağı dəqiqləşdi
Bakının “Azərreyl” voleybol komandası gələn il Azərbaycanı avrokuboklarda təmsil edəcək.
Ens.az xəbər verir ki, Oxu.Az-a bu barədə məlumatı klubun mətbuat xidmətinin rəhbəri Təranə Cəfərova verib.
O bildirib ki, artıq klubun adı “Challenge Cup”da iştirak üçün sifariş verilib.
Klubdan federasiyaya bildirilib ki, bu yarışda iştirak etmək imkanına malikdirlər. Həmin turnirdə iştirakçı komandalar Avropa Voleybol Federasiyası tərəfindən avqust ayında təsdiq olunacaq. Həmçinin, püşk də avqust ayında atılacaq.
Qeyd edək ki, “Azərreyl” yarımçıq dayandırılan Azərbaycan Super Liqasının hazırkı lideridir. Çempionatın ləğv olunması barədə qərarın yaxın günlərdə Azərbaycan Voleybol Federasiyasında keçiriləcək iclasdan sonra veriləcəyi gözlənilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət