Dərc edildi: Baxış sayı: 507
Yarıda qalan oyun, "Qarabağ" "Keşlə"yə qarşı
Bu gün Azərbaycan Premyer Liqasında 13-cü tura yekun vurulacaq.
Yenicag.az xəbər verir ki, əvvəlcə ötən gün əlverişsiz hava şəraiti ilə əlaqədar yarıda qalan “Qəbələ” – “Zirə” matçı davam etdiriləcək.
Qatı duman səbəbindən 58-ci dəqiqədə dayandırılan matçın son 32 dəqiqəsi saat 13:00-da start götürəcək.
Turun son oyununda isə “Qarabağ” “Keşlə” ilə münasibətlərə aydınlıq gətirəcək.
Azərbaycan Premyer Liqası
13 tur
13:00. “Qəbələ” – “Zirə” – 0:0 (58-ci dəqiqədən başlayacaq)
Qəbələ şəhər stadionu. Hakimlər: Vüqar Həsənli, Namiq Hüseynov, Cəmil Quliyev, Rövşən Rəcəbov
19:00. “Qarabağ” – “Keşlə”
Tofiq Bəhramov adına Respublika stadionu. Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Rahil Ramazanov, Ramiz Məhərrəmov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət