Slimfit
  1. GÜNDƏM

Yardımlının "Zirvə"sində nə baş verir?..

Yardımlının "Zirvə"sində nə baş verir?..
Sakura

Yardımlının "Zirvə"sində nə baş verir?..

Bir rayon ki, 8 səhifədən ibarət olan, 84 il müxtəlif ictimai-siyasi deformasiyalara sinə gərmiş bir qəzeti çıxartmağa çətinlik çəkirsə, deməyə söz tapa bilmirəm. Ola bilsin ki, qəzetin baş redaktoru öz işinin öhdəsindən gələ bilmir, çıxış yolu kimi qəzetin çapını dayandırmaq faciədir...

Bir vaxtlar rəhmətlik ana babam Ağadin Nəsirov haqqında söhbət açdığım indiki "Zirvə" qəzetinin baş redaktoru olub. Sağlığında o, mənə qəzeti o dövrdə hansı çətinliklərlə ərsəyə gətirdikləri barədə çox danışıb. Mən babamın təqdimatı ilə o qəzeti sevmişəm. Redaksiyasına kompyuter, plinter hədiyyə edilməsində şəxsən xidmətim olub. O gün eşitdim ki, bir neçə aydır qəzetin fəaliyyətini dayandırıblar...

Maraqlıdır, arada bu qədər maddi vəsaitin şübhəli aqibəti haqda söz-söhbət dolaşırsa, iki min tiraja görə çap xərci cəmi 200 manata başa gələn bir qəzetin işıq üzü görməsinə niyə göz yumulur? Niyə bu tribunanı ziyzlılarımızın əlindən alıblar?
Napoleon deyirdi ki; "Mən qəzetlərdən daha çox qorxuram, nəinki 100 min süngüdən. Qəzetlər öz oxucularına natiqlər dinləyicilərinə nüfuz edən kimi təsir göstərirlər". Niyə ölkə rəhbərinin siyasətini dəstəkləyən, el-obanın tarixindən maraqlı faktlar yayımlayan, gəncləri maarifləndirən bu təbliğat maşınını dayandırıblar? Bu sualların cavabı varmı?

İnanıram ki, bu iradımız tezliklə ünvanına yetişəcək və 84 il el-obama xidmət göstərən doğma qəzetimizin fəaliyyəti bərpa olunacaq...

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR