Slimfit
  1. CƏMİYYƏT

Yardımlıda beş min illik kurqanlar tapılıb

Yardımlıda beş min illik kurqanlar tapılıb
Sakura

Yardımlıda beş min illik kurqanlar tapılıb

Yardımlıda arxeoloji qazıntılar zamanı beş min illik tarixi olan kurqanlar tapılıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Komanı yaylağında Erkən Tunc dövrünə aid növbəti kurqan qazılır. 

Kür-Araz mədəniyyətinə aid beş min illik tarixi olan kurqanın dərinliyi iki metrə yaxındır. Eyni arealda yerləşən fərqli ölçülü kurqanlarda müxtəlif dəfn adətlərinə rast gəlinir. Bu kurqanda isə insan yarımbükülü vəziyyətdə dəfn edilib.

Onun ətrafından heyvan cəmdəyi və sümükdən hazırlanan iy (toxuculuq aləti) başlığı tapılıb. Bu da bölgədə maldar tayfaların geniş şəkildə yayılmasını sübut edir. 

Arxeoloji ekspedisiyanın rəhbəri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə bildirib ki, Yardımlının dağlıq ərazilərindən sonra aran hissəsindəki abidələrin də tədqiqinə başlanılacaq.

Qeyd edək ki, son illərdə Yardımlı rayonu ərazisində beşdən artıq kurqan tədqiq olunub.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR