Slimfit
  1. AZƏRBAYCAN

Yardımlıda 22 km uzunluğa malik yolun yenidən qurulması yekunlaşır

Yardımlıda 22 km uzunluğa malik yolun yenidən qurulması yekunlaşır
Sakura

Yardımlıda 22 km uzunluğa malik yolun yenidən qurulması yekunlaşır

Yardımlı rayonunda cari ildə yenidən qurulan və uzunluğu 22 km olan avtomobil yolunda işlər sürətlə davam etdirilir. Söhbət yerli əhəmiyyətli Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolundan gedir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən SİA-ya verilən məlumata görə, başlanğıcını respublika əhəmiyyətli Masallı-Yardımlı avtomobil yolundan götürən yerli əhəmiyyətli Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolunun əhatə etdiyi yaşayış məntəqələri 20 mindən artıq əhalinin yaşadığı 15 kənddir. Bu kəndlər arasında nəqliyyat əlaqəsi çox pis olub. Çünki avtomobil yolunun ilk 13 km-lik hissəsi çınqıl, qalan 9 km-lik hissəsi isə torpaq örtüklü idi. Bu üzdən sözügedən avtomobil yolu ilə xüsusən payız-qış mövsümündə hərəkət edərkən çətinliklər yaşanırdı.

Hazırda aparılan yenidənqurma işləri ilə hərəkətdə yaşanan problem aradan qaldırılır.

Layihəyə uyğun olaraq Viləş çayı üzərində 24 metr uzunluğunda dəmir konstruksiyalı avtomobil körpüsünün inşası işlərinə başlanılıb.

Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolunun bir-neçə nöqtəsində sürüşmə əraziləri mövcud olduğu üçün burda yuyulmuş torpaq yatağının bərpası və əlavə bərkidilməsi işləri görülür.

Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yollar boyu 90 ədəd yol nişanı, 22 ədəd km göstəricisi və 880 ədəd siqnal dirəkləri quraşdırılacaq, 66 km uzunluğunda yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

Qeyd edək ki, Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolunun yenidən qurulması ilə gediş-gəliş rahatlaşacaq, yük və sərnişin daşıması isə asanlaşacaq. Bundan başqa, yolun keçdiyi ərazilər boyu vətəndaşların sosial rifah halına müsbət təsir göstərən kənd təsərrüfatının və turizmin inkişafı, yeni turizm marşrutlarının yaranması da hədəflənir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR