Slimfit
  1. TƏBİƏT

Yarasa (heyvan)

Yarasa (heyvan)
Sakura

Yarasa - uçmağa uyğunlaşmış ortaboylu və kiçik məməli heyvan.

Yarasalar (lat. Chiroptera) — uçmağa uyğunlaşmış ortaboylu və kiçik məməli heyvan. Çiyin hissəsindən bazuya, oradan ikinci barmağa, daha sonra beşinci barmağa, bədənin yanları ilə arxa ətraflara və quyruğun ucuna qədər nazik uçma pərdəsi uzanır. Yarasalar alaqaranlıq və gecə heyvanlarıdır. Onlar çox yaxşı eşidir və dərisi vasitəsilə belə hiss edir. Yarasanın exolokasiyaqabiliyyəti yaxşı inkişaf etmişdir.

Elmi təsnifatı
Adı Yarasalar
Tip Xordalılar (Chordata)
Sinif Məməlilər (Mammalia)

Azərbaycan faunasında 3 fəsilə ilə təmsil olunmuşdurlar: Rhinolophidae (Nalburunkimilər), Vespertilionidae(Hamarburunkimilər), Molossidae(Buldoqkimilər).

Sonuncu fəsilədə hərəsində bir cins və bir növ vardır - Tadarida teniotis (enliqulaq bükükdodaq). Nalburunkimilər fəsiləsində eyni cinsə aid 5 növ aşkar edilmişdir. 9 cinsdən və 21 növdən ibarət olan Hamarburunkimilər fəsiləsinin müxtəlifliyi daha yüksəkdir. Bu fəsiləyə aşağıdakı cinslər aiddir: Myotis – 5 növ, Plecotus – 2, Barbastella – 2, Nyctalus – 2, Pipistrellus – 4, Hypsugo – 1, Vespertilio – 1, Eptesicus – 3, Miniopterus - 1.

Onların Respublikanın ərazisində və landşaftlarda yayılması müxtəlifdir (Raxmatullina, 1995, 1996, 2000) (xəritə). 1700–2350 m hündürlüklərə qədər bütün landşaftlarda geniş yayılmış və fon (çox və adi saylı) növlərin siyahısına aşağadakılar aiddir: Pipistrellus pipistrellus (cırtdan şəbpərə), P. kuhlii (Küli şəbpərəsi), Myotis blythii (itiqulaq şəbpərə), M. mystacinus (bığlı şəbpərə), Eptesicus serotinus (dağ könlücəsi) və sayca onlardan geri qalmayan Rhinolophus hipposideros (kiçik nalburun), Rh. ferrumequinum (böyük nalburun). Yuxarıda qeyd olunan 7 növdən başqa arid landşaftlarda (yarımsəhralar, dağətəyi və dağüstü çöllər) nadir halda Barbastella leucomelas (Asiya enliqulağı), Eptesicus bottae (səhra yarasası) rast gəlir, yarasa əhalisinin əsasını isə Küli şəbpərəsi (düzənliklərdə) və cırtdan şəbpərə (dağətəkləri və dağlarda) təşkil edir.

Həm arid, həm də mezofil landşaftlarda Rhinolophus mehelyi (Meheli nalburunu), Myotis emarginatus (Üçrəng gecə şəbpərəsi), Plecotus auritus (qonur palazqulaq yarasa), Nyctalus noctula (kürən axşam yarasası), Hypsugo savii (Savi şəbpərəsi), Pipistrellus nathusii (Natuzius şəbpərəsi), Vespertilio murinus (ikirəng könlücə) rast gəlir. Yayda 1200 fərddən ibarət toplular əmələ gətirən Meheli nalburunu və 30 fərdlik topalaşmaları olan kürən axşam yarasasından başqa onların hamısı demək olar ki, nadir və ya azsaylıdırlar.

Meşə landşaftlarında, əsasən də dağ meşələrində Miniopterus schrebersii (adi uzunqanad), Rhinolophus euryale (cənub nalburunu), Rh. blasii (Blazius nalburunu), Myotis nattereri (Natterer şəbpərəsi), Barbastella barbastellus (Avropa enliqulaqı), Tadarida teniotis (enliqulaq bükükdodaq) məskən salırlar. Bu heyvanlara az hallarda rast gəlinir və sayları da azdır (yalnız birinci növdən başqa, onun Azıx-Kilit koloniyası 8-10 min fərddən ibarətdir). Myotis bechsteinii (Behşteyn şəbpərəsi), Plecotus austriacus (boz palazqulaq yarası), Nyctalus leisleri (kiçik axşam yarasası), Eptesicus nilssoni (şimal könlücəsi) cəmi bir dəfə qeydə alınmışdır.

Pipistrellus pygmaeus (piqmey şəbpərə) bu yaxınlarda Qərbi Azərbaycanda və Lənkəranda qeydə alınmışdır (xəritə). Bütün yarasalar son dərəcə xeyirli heyvanlar kimi mühafizə olunurlar. Tədqiqatlarımıza görə Küli şəbpərələrinin sıxlığı çox olan Kür-Araz ovalığının bəzi məntəqələrində onlar bir gecədə 7,5 kq müxtəlif həşərat yeyirlər, bunu onların bütün aktiv olduqları dövr (8 ay) üçün hesablasaq bu rəqəm 1,8-2,4 ton edir. Lənkəran düzənliyində Küli və cırtdan şəbpərələrin sıxlığı bir kv. km-də 1000 fərddən artıq olduğu məntəqələrdə onlar bir gecədə 30 kq qədər həşərat kütləsini məhv edir, onların bütün aktiv dövrlərində bu rəqəm 7 tona çatır. Həmin həşəratların 70 %-i bitkiyeyən və qansoran növlərdir.

 

Ümumi məlumat

İnsanların uydurduqları bir çox “qorxunc varlıqlar” içində vampirlərin xüsusi yeri var. Guya onlar gecələr peyda olur və insan qanı ilə qidalanır. Vampirlər bir çox xüsusiyyətlərinə görə yarasalara çox bənzəyir - hər ikisi gecə varlıqlarıdır və bu səbəbdən insanlar arasında vahimə yaradırlar: yəqin ki bizim əcdadlarımız gecə qəflətən peyda olan və gecənin qaranlığında da yoxa çıxan hər şeydən qorxurmuşlar.

Əslində isə yarasaların əksəriyyəti zərərsiz varlıqlardır, onlar insanlar üçün adi bir sərçənin yaratdığı təhlükədən artığını yaratmırlar. Bununla belə Cənubi Amerika yarasaları içərisində həqiqətən də əsl vampirlər var. Bu isə nağıl deyil, onlar həqiqi qaniçənlərdir. Onların başlıca şikarı çox da böyük olmayan meşə heyvanları və bəzən də quşlar olur. Çox vaxt ev heyvanlarına da hücum edirlər. Bu uçan siçanların fürsət düşən kimi insan qanı ilə də qidalanması təəccüb doğurmaz – axı insanların bədəni xəzlə örtülməyib, nazik dərini dişləmək isə çox asandır.

Yarasanın ağız suyu vasitəsi ilə yaraya qanı laxtalanmağa qoymayan xüsusi maddə düşür. Buna görə də yaradakı qan uzun müddət axmaqda davam edir.

Bəzən, eşşək və ya qatır azaraq meşə kənarında gecələməli olur. Bu zaman heyvana eyni anda bir sürü vampir hücum edir (bir koloniyada yüzlərlə yarasa olur). Səhərə yaxın isə bədbəxt heyvanın bədəni qanı axan yaralarla dolur. Tarixən belə hadisələr dəhşətli əfsanələrin yaranmasına səbəb olub.

Yarasalar bir çox növlərə bölünüb müxtəlif təbii şəraitlərdə yaşasalar da, onların vərdişləri çox oxşardır. Demək olar ki, bütün yarasalar gecə həyatı yaşayır, gündüzlər isə başı aşağı sallanaraq yatırlar. Onlar heç vaxt yuva qurmur və əksərən qrup halında yaşayır.

Ən çox mağaralarda, istifadəsiz mədənlərdə, dərələrdə və ağac koğuşlarında yaşayan yarasalar bir çox hallarda köhnə evlərdə və onların çardaqlarında da məskunlaşır.

Maraqlı məlumatlar

• Yarasa yeganə uçan məməli heyvandır. Tailandda uzunluğu 3 sm, çəkisi 2 qr olan yarasa vardır. Bu, məməli heyvanlar arasında ən kiçiyidir.

• Iri yarasalar da vardır ki, bunlara "uçan itlər " də deyirlər. Belə yarasalar qanadlarını açdıqda 1,5 m-ə çatır. Bağlara və bağçalara ziyan vurur, hətta insanlara da hücum edir.

• Banan ağacını yarasalar tozlandırır

Yarasanın yaranışında başqa quşlar və heyvanlarla müqayisədə çoxlu möcüzələr vardır. Əlbəttə onun yaranışı heyvanlara çox yaxındır. Onun da heyvanlar kimi iki uzun qulağı, dişləri və kürkü var. Yarasa da onlar kimi uşaq doğur, uşağına süd verir, bövl edir. O, yol gedəndə dörd əli və ayağı ilə gedir. Bütün bu xüsusiyyətlər heç biri quşlarla uyğun gəlmir. Yarasa insan üçün çox faydalıdır. Hətta peynindən də dərman düzəltmək üçün istifadə olunur. Onun yaranışında olan ecazkarlıq Xaliqin qüdrətini sübut etmək üçün ən mühüm dəlildir.

Bu quşun hər işi təəccüblüdür. Amma gecə qaranlıqda uçması daha heyrətamizdir. )Yarasanın gecə zamanı heç bir maneəyə toxunmadan sürətlə uçması o qədər təəccüblüdür ki, onun haqqında mütaliələr olunsa, digər sirləri də kəşf olunar. Bu quşun gecə zamanı uçması ilə göy səmada qanad çalan və iti uçan göyərçinin uçması arasında heç bir fərq yoxdur. Əgər yarasanı uzun, ensiz, döngəsi çox və içərisi qara tüstü ilə dolu olan bir tuneldən uçurtsaq, heç bir maneyə toxunmadan və qanadlarının üstündə qara tüstüdən əsər-əlamət qalmayan bir halda qırağa çıxacaqdır. O, bu işlərini hamısını ötürücü siqnal vasitəsi ilə görür.

Yarasanın ötürücü siqnala malikliyini başa düşmək üçün gərək ötürücü siqnalın nə olduğunu bilək. )Fizikada «tələffüzün səsi» bəhsi «səsin ardınca gedən siqnal və dalğalar» haqqındadır. Bu dalğaların uzunluğu o qədər coxdur ki, insan onu eşitməyə qadir deyil. Buna görə də həmin dalğaları «səsin ardı» adlandırmışlar. Bu dalğaları güclü bir ötürücünün vasitəsi ilə göndərdikdə irəli yayılırlar. Fəzada bir maneə ilə rastlaşdıqda divara dəyib arxaya qayıdan top kimi geri qayıdırlar. Bu, insanın bir dağ, yaxud uca divar qarşısında qışqırığına bənzəyir. Dalğaların qayıtma zamanını nəzərə almaqla həmin maneəyə nə qədər məsafə qaldığını bilmək olar.

Bir çox təyyarə və gəmilər bu cür hərəkət edirlər. İstədikləri yerə gedirlər. Düşmən təyyarə və gəmisini tapmaq üçün də bundan bəhrələnirlər. Alimlərin dediyinə görə, yarasada ötürücü siqnal və dalğa var. Əgər onu bir otağa salıb uçurtsalar və həmin otağa dalğaların ardınca olan səsi eşidilən səsə cevirən mikrofon qoysalar, küydən insanın qulaqları cingildəyər. Hər saniyədə yarasadan 30-dan 60-a qədər belə səs eşidiləcək. )Burada belə bir sual irəli çıxır: bu dalğa və siqnal yarasanın hansı üzvü ilə səslənir? Yəni, onun ötürücü üzvü hansıdır, qəbuledici hansı? Alimlər bu suala belə cavab verirlər: bu dalğalar yarasanın boğazındakı güclü səs telləri vasitəsilə yaranır və burun dəliklərindən çıxaraq irəli hərəkətdədir. Qulaqlar da geri qayıdan dalğaları qəbul edirlər.

Rus alimi Yurin aparığı təcrübələr nəticəsində müəyyən etmişdir ki, əgər yarasanın qulaqları kəsilsə, artıq o, heç bir maneəyə toxunmadan uça bilməyəcək. Lakin gözünü çıxarsalar, öz hərəkətindən qalmayacaqdır. Bir sözlə, yarasa gözü ilə yox, qulağı ilə görür. Bu da çox maraqlı bir məsələdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR