Dərc edildi: Baxış sayı: 652
Yaralı əsgərimiz əməliyyat olundu
İyulun 31-də Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı düşmən tərfinin təxribatının qarşısının alınması zamanı yaralanmış hərbi qulluqçu üzərində avqust ayının 1-də aparılmış cərrahiyyə əməliyyatı uğurla başa çatıb.
“Qafqazinfo”nun Dövlət Sərhəd Xidmətinə istinadən məlumatına görə, hal-hazırda vəziyyəti qənaətbəxşdir.
Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov hərbi qulluqçuya baş çəkib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət