Slimfit
  1. MARAQLI

Yaradıcılarına milyonlar gətirən 5 faydasız ixtira

Yaradıcılarına milyonlar gətirən 5 faydasız ixtira
Sakura

Yaradıcılarına milyonlar gətirən 5 faydasız ixtira

İnsanlar hər gün kompüter və avtomobil ixtira etmir. Çox vaxt insanlar boş şeylər fikirləşib tapırlar, bəziləri isə ondan istifadə edirlər. İxtiraçılar insanlara heç bir fayda verməməsinə baxmayaraq, varlanırlar. Bu məqalədə yaradıcılarını varlandıran mənasız ixtiraları topladıq.

Oxuyan balıq

“Yekəağız Billi” - ABŞ-da 90-cı illərin ortalarında satışa çıxarılmış uşaqlar və böyüklər üçün oyuncaq. Bu, başını döndürən və pis səslə mahnı oxuyan ayrıca xüsusi lövhədə olan plastik balıqdır.

Nə üçün bu balığın bir anda məşhurlaşması sirr olaraq qalır.  Onu güclü reklam da etməmişdilər. Amma bir neçə gün ərzində o öz yaradıcılarına on milyon dollar pul gətirdi.

Förbi

“Billi”-dən fərqli olaraq bu oyuncağın məşhurlaşmasının müəyyən ağlabatan izahı var. Bu əslində, kütləvi satışa çıxarılmış süni intellektlə olan ilk oyuncaqdır. O 1998-ci ildə satışa çıxarıldı, amma düzünü desək, ümidləri doğrultmadı. Ehtimal olunurdu ki, oyuncaq uşaqla ünsiyyətdə olaraq ingilis dilini öyrənəcək, amma onun diapazonu çox aşağı oldu. Amma bu yaradıcılarına dünyanın 57 ölkəsində 40 milyon Förbi satmağa və on milyon dollar qazanmağa mane olmadı.

“Billi Bobun dişləri”

Bu xəstə dişlərə malik insan deyil, bu taxıla bilən “Billi Bobun dişləri”-dir.

Taxmaqla insanı bir anda pəltək kəndçiyə çevirən süni çənə. Bu dişlər 1994-cü ildə 10 dollar dəyərində idi. Hər il bu dişlər sahiblərinə 2 milyon dollar gəlir gətirirdi.

Tamaqoçi

Tamaqoçini Bandai yapon şirkəti hazırladı - bu dünyada oyuncaq bazarında 3 nəhəng şirkətdən biridir. 90-cı illərdə tamaqoçi bütün dünyada hədsiz populyarlıq qazandı.

Bu elektron oyunda siz virtual ev heyvanına qulluq etməlisiniz. Ona qulluq etmək - yedizdirmək, gəzdirmək, daramaq lazım idi. Onu unutsaydınız, o ölə bilərdi. Ona yaxşı qulluq etdikdə isə, ev heyvanı inkişaf edirdi.

Əvvəlcə onu zərərsiz oyuncaq hesab edirdilər, amma uşaqların çoxu tamaqoçiyə elə aludə oldular ki, ev işləri və təhsili unutdular.

Oyun o qədər məşhurlaşdı ki, çin şirkətləri özlərinin ucuz saxta nümunələrini satışa çıxardılar. Bu oyunca 90-cı illərin sonunda Rusiyada da məşhur idi.

Spinner

Bu artıq müasit dövrümüzün qəhrəmanıdır. Spinner - fırlanan oyuncaqdır. Oyuncağın mərkəzində dayaq yerləşdirilib, mərkəzdən bir neçə ağırlaşdırıcı qanad çıxır. Spinneri barmaqla fırlatmaq olar. Oyuncağın yaradıcısı - Ketrin Hettinqer adlı mühəndisin fikrincə, o insanı psixoloji cəhətdən sakitləşdirir və stressi çıxarır.

Spinnerin yaradılması tarixçəsi maraqlıdır. Bu ideya Ketrinin ağlına İsraildə ərəb yeniyetmələrinin polislərə daş atdıqlarını gördükdən sonra gəlib. Bu hadisənin necə baş verməsi tam dəqiq deyil, ola bilsin ki, bu daşlardan biri Ketrinin başına dəyəndən sonra bu fikir ağlına gəlib... Bu barədə məlumat yoxdur, amma 2017-ci ildə spinner ilk dəfə hazırlandı.

Spinner xüsusilə uşaqlar və yeniyetmələrdə böyük tələbat yaratdı. Onlar spinnerlərin sayı və növləri üzrə rəqabət aparırdılar. ABŞ-ın bəzi ştatlarında spinnerlərin satışına qadağa qoydular, çünki onlar uşaqları təhsildən çox yayındırırdılar.

 

Mənbə: Populyarnaya nauka

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR