Dərc edildi: Baxış sayı: 269
Yaqut Qarayeva: “O şəxslər koronavirus xəstəsi kimi müalicə alırlar”
“Hər gün açıqlanan aktiv COVID-19 xəstələrindən əlavə, kliniki olaraq koronavirus xəstəsi olanlar var ki, onların hamısı xəstəxanalara yerləşdirilib. Həmçinin, testi neqativ çıxmış, amma ikitərəfli pnevmoniya olan xəstələr var”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
Y.Qarayeva qeyd edib ki, həmin xəstələr koronavirus xəstəsi kimi müalicə alırlar:
“O xəstələrdə ikitərəfli pnevmoniya müşahidə olunur. Dərhal onların da müalicəsinə başlanılır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət