Slimfit
  1. MƏDƏNİYYƏT

Yaqub Mahmudovun xarici dillərdə kitabları çap olunub

Yaqub Mahmudovun xarici dillərdə kitabları çap olunub
Sakura

Yaqub Mahmudovun xarici dillərdə kitabları çap olunub

Əsərlər Türkiyə, Rusiya, Ukrayna, Pakistan, Latın Amerikası, Avropa və ərəb ölkələrində yayılıb

AzNews.az xəbər edir ki, fevralın 6-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun xarici dillərdə nəşr olunan kitablarının təqdimat mərasimi keçirilib.

İnstitutdan verilən məlumata görə, təqdimat mərasimi Prezident Kitabxanasının təşkilatçılığı və Tarix İnstitutunun elmi dəstəyi ilə reallaşıb.

Tədbiri Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov açaraq, Yaqub Mahmudovun Azərbaycan tarix elminə verdiyi töhfələrdən və əsərlərinin əhəmiyyətindən danışıb.

Bildirilib ki, Prezident İlham Əliyevin çağırışları, tapşırıq və tövsiyələri ilə Tarix İnstitutunda son 15 ildə Azərbaycan tarixinin ən mühüm problemləri saxtalaşdırmalardan və təhriflərdən təmizlənib. İnstitutda Qarabağ, İrəvan, Naxçıvan, soyqırımları və itirilmiş torpaqların tarixi araşdırılaraq, tarixi həqiqəti əks etdirən əsərlər yazılıb.

Milli Məclisin deputatı Fəzail Ağamalı, AMEA-nın Tarix İnstitutunun elmi işlər üzrə direktor müavinləri Tofiq Nəcəfli və Cəbi Bəhramov, AMEA-nın Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini Eynulla Mədətli və başqaları qeyd ediblər ki, Tarix İnstitutu əsərlərin xarici dillərdə nəşr olunması və dünya ölkələrində yayılmasını diqqət mərkəzində saxlayır. Yaqub Mahmudovun elmi yaradıcılığında xarici dillərdə nəşr olunan əsərlər mühüm yer tutur.

Bildirilib ki, institut rus, ingilis, alman, fransız, ispan, italyan, ərəb, fars, erməni və başqa dillərdə “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Real tarix və “Böyük Ermənistan” uydurması”, “Azərbaycan: qısa dövlətçilik tarixi”, İrəvan xanlığı ilə bağlı broşürlər və digər kitabları çap etdirib. Bu əsərlər Türkiyədə, Rusiyada, Ukraynada, Pakistanda, Latın Amerikasında, Avropada, ərəb ölkələrində və digər yerlərdə yayılıb.

Qeyd olunub ki, institut nəşrlərin yayılmasının səmərəliliyini artırmaq üçün dünyanın müxtəlif ölkələrində Azərbaycanşünaslıq mərkəzləri yaradır. 2018-ci ildə Tarix İnstitutunun təşəbbüsü ilə Polşada Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzdə sənəd topluları, soyqırımı və Azərbaycan Xalq Cümhuriyyətinin tarixi polyak dilinə tərcümə olunur. Yaxın zamanlarda xaricdə yeni Azərbaycanşünaslıq mərkəzləri açılacaq.

Sonda Yaqub Mahmudov Prezident Kitabxanasının kollektivinə tədbirin təşkilinə görə təşəkkür edib. Bildirib ki, Prezident İlham Əliyevin himayəsi və dövlətimizin xüsusi qayğısı sayəsində Azərbaycan tarix elmi böyük uğurlar əldə edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR