Dərc edildi: Baxış sayı: 575
Yaponiyanın “Mitsubishi” korporasiyası Bakıdakı ofisini bağlayır
Yaponiyanın “Mitsubishi” korporasiyası Bakıdakı ofisinin ləğv olunduğunu elan edib.
“Report” bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir.
Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi, 43 ünvanındakı “World Business Center” iş mərkəzinə (17-ci mərtəbədə yerləşən "Grata Azərbaycan" MMC-nin ofisinə) bildirə bilərlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət