Slimfit
  1. TEXNOLOGİYA

Yaponiyada robot elektromobil sürdü

Yaponiyada robot elektromobil sürdü
Sakura

Yaponiyada robot elektromobil sürdü

Yaponiya mühəndisləri insanabənzər Musashi robotuna avtomobili idarə etməyi öyrətdilər. Android sükanı döndərməyi, pedalı basmağı, hətta maneələri tanımağı və onların qarşısında tormozlamağı bacarır.

Tokio Universitetinin JSK Lab laboratoriyasının alimləri artıq bir neçə ildir ki, maşını idarə edə biləcək insanabənzər robotun yaradılması üzərində işləyirlər. Budur, şəbəkədə robotun Toyota COMS elektromobilini sürməsi video ortaya çıxdı.

Məlumdur ki, maşının idarəetmə orqanlarının heç biri modifikasiya olunmayıb. Videoda tros sisteminin robotun bədəni ilə çoxlu birləşmələrini görürük, onlar isə elektrik mühərriklərinin hesabına hərəkət edirlər. Avtomobilin aşağı sürətinə baxmayaraq, androidin qarşısında piyadanı görməsi və dayanması üçün çoxlu vaxt tələb olundu. Bu o deməkdir ki, robot hələ də hazırlanma mərhələsindədir.

Mənbə: Robo-hunter.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR