Dərc edildi: Baxış sayı: 458
Yaponiyada otel robot əməkdaşlarını işdən çıxardı
Yaponiyanın Sasebo şəhərində yerləşən dünyanın ən qeyri-adi oteli olan “Henn-na Hotel” əməkdaşlarının yarısını işdən çıxarıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, əməkdaşlarının hamısı robotlardan təşkil olunan otelin rəhbərliyi onların öz funksiyalarını yerinə yetirə bilmədiyinə qərar verib.
Otel rəsmisinin sözlərinə görə, robotların xidmətindən tamamilə imtina etmək niyyətində deyillər. Qeyd edilir ki, ixtisara qədər oteldə 243 robot çalışıb.
Qeyd edək ki, “Henn-na Hotel” 2015-ci ildə robotları işə götürüb və bu addımına görə Ginnesin Rekordlar Kitabına düşüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət