Dərc edildi: Baxış sayı: 239
Yaponiyada hava limanındakı qəzadan sonra 150-dən çox reys təxirə salınıb
Yaponiya Hava Yollarına (JAL) məxsus sərnişin təyyarəsinin Tokioda hava limanında hərbi təyyarə ilə toqquşması nəticəsində 155 uçuş təxirə salınıb.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Bildirilib ki, 154 daxili və 1 beynəlxalq uçuşun ləğvi təxminən 20 min sərnişinə təsir edib.
Ləğv edilən reyslərin yerinə əlavə qatar səfərlərinin həyata keçiriləcəyi bildirilir.
Qeyd edək ki, Yaponiya Hava Yollarına məxsus sərnişin təyyarəsinin Tokionun Haneda hava limanına enərkən toqquşduğu Yaponiya Sahil Mühafizəsi DHC-8 hərbi-nəqliyyat təyyarəsinin altı ekipaj üzvündən beşi həlak olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət