Dərc edildi: Baxış sayı: 315
Yaponiyada güclü zəlzələlər baş verib
Yaponiyanın mərkəzində bir neçə güclü zəlzələ baş verib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Milli Meteorologiya İdarəsinin məlumatına görə, İşikava və Niiqata prefekturaları ərazisində maqnitudası 7,4-ə çatan zəlzələlər baş verib.
Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur, lakin ölkənin bütün qərb sahilləri üçün sunami təhlükəsi elan edilib - dalğanın hündürlüyü 5 m-ə çata bilər. Yerli sakinlərdən dərhal sahilyanı ərazini tərk etməyə çağırılır.
Eyni zamanda, bütün ölkə ərazisində güclü zəlzələlər barədə xəbərdarlıq sistemi işə salınıb. Yerli sakinlər yeni təkanlara hazır olmağa çağırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət