Yaponiyada əhval-ruhiyyəyə nəzarət üçün xüsusi cihaz icad edilib
Yaponiyanın “Japan Display” şirkəti əhval-ruhiyyəni idarə etmək üçün Multi Sensory Device XVG – 01 adlı cihazını tərtib dib.
Adından göründüyü kimi, “Japan Display” displeylərin istehsalı üzrə ixtisaslaşır. Şirkətin bir sıra “Qeyri-adi layihələr” i var, Multi Sensory Device XVG – 01 cihazı da məhz bu layihənin çərçivəsində tərtib edilmişdir.
Tərtibatçıların dediyinə görə, insan bu cihaz vasitəsilə öz əhval-ruhiyyəsini dəyişdirə bilər. Musiqi və şəkillərə müxtəlif qoxular da əlavə olunub ki, bütün bunlar insanın əhval-ruhiyyəsinin yaxşılaşmasına kömək edir.
Cihaz on gündən sonra, Şanxayda keçiriləcək CES Asia 2019 sərgisində nümayiş olunacaq. Multi Sensory Device XVG-01 cihazının bazara 2020-ci ildə çıxarılması planlaşdırılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət