Slimfit
  1. DÜNYA

Yaponiyada əcnəbilərin dil təhsili ilə bağlı qanun qəbul edilib

Yaponiyada əcnəbilərin dil təhsili ilə bağlı qanun qəbul edilib
Sakura

Yaponiyada əcnəbilərin dil təhsili ilə bağlı qanun qəbul edilib

Yaponiyada əcnəbilər arasında yapon dilinin tədrisinin yaxşılaşdırılması üçün qanun qəbul edilib.

AZƏRTAC xəbər verir ki, həmin qanun parlamentin yuxarı palatasının iyunun 21-də keçirilən sessiyası zamanı deputatlar tərəfindən yekdilliklə dəstəklənib.

Qanunda qeyd edilir ki, mərkəzi və yerli hakimiyyət orqanları əcnəbi sakinlər arasında yapon dilinin tədrisinin daha da yaxşılaşdırılması üçün müvafiq tədbirlərin sayını artırmalıdırlar. Bu məqsədlə mərkəzi hakimiyyət orqanları müvafiq baza təlimatlarını hazırlamalıdır.

Qanun, həmçinin nəzərdə tutur ki, hökumət əcnəbi uşaqlar üçün müəllimlərin hazırlanması və təyin edilməsini, eyni zamanda bütün ölkə üzrə əcnəbi işçilər üçün dil treninqlərinin dəstəklənməsini təşkil etməlidir.

Qeyd edək ki, Yaponiyada əcnəbi işçilərin sayının artması ilə əlaqədar ibtidai və natamam orta məktəblərdə şagirdlərin sayı ötən ilin mayı ilə müqayisədə 84 mindən çox artıb. Ötən beş ildə isə bu rəqəmin təqribən 30 faiz artdığı bildirilir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR