Dərc edildi: Baxış sayı: 769
Yaponiyada dünya ikincisi olan Kənan Arzumanovla - Videomüsahibə
Bir neçə gün bundan öncə Yaponiyada "Sənin xəyalının avtomobili-2019" adlı Dünya Uşaq Rəsm Müsabiqəsi keçirilib.
Müsabiqədə azərbaycanlı gənc rəssam 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvü Kənan Arzumanov Azərbaycanı uğurla təmsil edib. Belə ki, onun “Eco Speed Toyota” rəsmi münsiflər heyəti tərəfindən gümüş mükafata layiq görülərək dünya ikincisi olub.
“Report”un əməkdaşları Kənanın uğuru ilə yaxından tanış olmaq üçün onunla söhbət edib.
Qeyd edək ki, müsabiqəyə 86 ölkə üzrə 100 minə yaxın rəsm işi təqdim olunub, onların arasından 30 ən yaxşı sənət əsəri seçilərək təşkilatçılar tərəfindən mükafatlandırılıb.
Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.
Cavab yazmaqdan imtina et